"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Banan niyə kəskin ucuzlaşdı? – Ekspert iki səbəb göstərdi

31 Oktyabr 2016 - 09:35
in XƏBƏR LENTİ
Banan niyə kəskin ucuzlaşdı? - Ekspert iki səbəb göstərdi Ekspert iki səbəb göstərdi – biri inhisarçılığın zəifləməsi, digəri…

Son vaxtlar meyvə-tərəvəz bazarlarında ucuzlaşma müşahidə edilir. Kənd təsərrüfatı məhsulları olan kartof, soğan və digər məhsulları nisbətən ucuz qiymətə almaq olur. 
Diqqət çəkən məqamlardan biri də xaricdən idxal edilən bananın kəskin ucuzlaşmasıdır. Belə ki, əvvəllər təxminən 2,50-3 manata satılan bu meyvə indi demək olar ki, yarı qiymətə – 1,5-1,70 qəpiyə təklif olunur. Hətta bəzi yerlərdə 1,2 manata satıldığına da rast gəlmək olur.
Bəs səbəb nədir? Bəzi ekspertlər bunun səbəbini Azərbaycanda istehsal edilməyən məhsulların ölkəyə idxal xərclərinin aşağı salınması və gömrük sistemindəki islahatlar, monopoliyanın zəifləməsi ilə əlaqələndirir.
 
İqtisadçı ekspert Natiq Cəfərli isə məsələni bu cür şərh etdi: “Sırf bananla bağlı məsələdə bu, doğrudan da, monopoliya ilə bağlıdır. Əvvəllər banan  Azərbaycanda monopoliyanın simvoluna çevrilmişdi. Ətraf ölkələrdə olan qiymətlərdə ölkəmiz ilə müqayisədə 2-3 dəfə fərq olurdu. İndi isə demək olar ki, qiymətlər eyniləşib. Ən azı Gürcüstan, Türkiyə ilə müqayisə etdikdə qiymətlər bərabərləşib. Bunun səbəbi, təbii ki, monopoliyaların aradan qaldırılması məsələsidir ki, bu, önəmli rol oynadı. İkinci məsələ isə daha qlobaldır. Dünya bazarlarında da bananın qiymətində endirimlər olub. Səbəb xüsusən Latın Amerikasında məhsuldarlığın kifayət qədər yüksək səviyyədə olmasıdır. 2 qutu bananın Ekvadorda satışı 2 dollardan aşağı düşüb. İllərdir ki, dediyimiz məsələdə haqlı çıxdığımız bir daha sübut olunur. Yəni zaman-zaman iqtisadçılar, ekspertlər olaraq bildirmişik ki, Azərbaycanda qiymətlərin yüksək olmasının əsas səbəbi, təbii ki, inhisarçılıqdır”.
 
İqtisadçı qeyd etdi ki, digər məhsullar üçün də bu cür kəskin endirim gözləmək çətindir: “İndiki dövrdə bu, çətindir. Çünki mövsümi məsələlər də artıq geridə qalır, yerli məhsulların azalması dövrünə qədəm qoyuruq. Və noyabr-dekabr aylarında, əksinə, qiymətlərin daha da artmasını müşahidə edə bilərik. Həmin ərəfələrdə bayramlar gəlir. Azərbaycanda da bayramlardan əvvəl çox pis bir ənənə var, qiymətlər qalxır və bayramdan sonra da həmin qiymətlər qalır, enmir. Yaxın günlərdə ciddi qiymət dəyişiklikləri görməyəcəyik. Çünki yerli məhsullar azalacaq, xaricdən gələn məhsulların da qiymətlərində artım olacaq. Səbəb isə, ən azı son iki həftədə manatın 10 faizə qədər dəyərdən düşməsidir. Bunu da nəzərə alsaq, təəssüf ki, yaxın gələcəkdə qiymətlərdə ucuzlaşma və dəyişiklik gözlənilmir”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbycanda hay-küylü həbslər başlayır – siyahıda nüfuzlu nazirlər də var

Next Post

Jirinovski: Cənub sərhədlərini Ərdoğana əmanət edək

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Jirinovski: Cənub sərhədlərini Ərdoğana əmanət edək

Güclü daşqınlar gözlənilir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.