"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

`Banklar iş adamlarının başına oyun açır` – Deputat

30 Mart 2016 - 14:54
in XƏBƏR LENTİ

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Torpaq Məcəlləsinə dəyişiklik edilməsi müzakirəyə çıxarılıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Layihə barədə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib və bildirib ki, sənəd Azərbaycan prezidenti tərəfindən təqdim olunub.

Belə ki, məcəllənin 110-cu maddəsi tamamilə dəyişdirilərək yeni formada verilir. E. İbrahimov bildirib ki, məqsəd torpaq hüquqpozulmalarına qarşı cəzanın sərtləşdirilməsidir: “Bu Məcəllənin pozulmasına görə məsuliyyət” yeni adla verilən maddənin yeni formasına görə, “Bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar”.

Maddənin hazırda qüvvədə olan adı və forması isə belədir: “Maddə 110. Torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət”.

Aşağıdakı hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar:

– bu Məcəllənin 109-cu maddəsində göstərilən əqdlərin bağlanılması;

– torpaq sahələrinin özbaşına tutulması;

– torpaq sahələrində qanunsuz tikinti aparılması;

– torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi;

– torpaqların zibilləndirilməsi, istehsalat və məişət tullantıları ilə, kimyəvi və radioaktiv maddələrlə, habelə çirkab suları ilə çirkləndirilməsi, bakterial-parazitik və zərərli karantin orqanizmlərlə yoluxdurulması;

– torpaqları yaxşılaşdırmaq və onları külək, su eroziyasından və torpaqların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə etmək üçün məcburi tədbirlərin görülməməsi;

– torpaqların (o cümlədən meşə torpaqlarının) münbit qatının korlanması;

– torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələşdirilməsi, tikilməsi və istismara verilməsi;

– müvəqqəti istifadəyə və icarəyə verilən torpaqların vaxtında qaytarılmaması və ya onları təyinatı üzrə istifadə etmək üçün yararlı hala salmaq barədəki öhdəliklərin yerinə yetirilməməsi, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinin qanunsuz hasara alınması yolu ilə və ya digər üsullarla bağlanılması və ya dənizin sahilinə gediş-gəlişin məhdudlaşdırılması;

– mülkiyyətdə və istifadədə olan torpaqların hüdudlarının, mərz nişanlarının məhv edilməsi;

– torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsi, kəmiyyət və keyfiyyətinə dair məlumatların təhrif edilməsi;

– torpaq sahələrində meteoroloji şəbəkələrin və ölçü vasitələrinin geodeziya-istinad məntəqələrinin və yerüstü nişanların, habelə meliorasiya və irriqasiya sistemlərinin sıradan çıxarılması.

Maddəyə əlavə edilən “Qeyd” hissədə isə bildirilir ki, “Torpaq Məcəlləsində edilən bu dəyişiklik Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə 2015-ci il 30 sentyabr tarixli 1336-IVQD nömrəli qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin 2015-ci il 23 noyabr tarixli 1557 nömrəli Sərəncamının 1.1-ci bəndinin icrası ilə əlaqədar olaraq hazırlanıb”.

Bildirilib ki, məcəllələrdə ayrı-ayrılıqda torpaq hüquqpozmaları ilə bağlı sərt cəzalar göstərilib.

Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Müzakirələr zamanı çıxış edən deputat Hüseynbala Mirələmov deyib ki, heç kim dövlət torpaqlarını zəbt edə bilməz: “Heç kim torpaqları zəbt edə bilməz. Çünki harasa bir mıx vuran kimi yüz yerdən tökülüb gəlirlər”.

Deputatın sözlərinə görə, pay torpaqlarını istifadə etməyən insanlardan bunun səbəbini soruşmaq lazımdır.

Millət vəkili qeyd edib ki, iş adamları icarəyə götürdükləri torpaqlarda məhsul istehsal etmək üçün banklardan kredit götürmək istəyir, amma banklar onların başına oyun açır, bezdirirlər.

“Banklar elə şərtlər irəli sürürlər ki, həmin adamlar kredit almaqdan əl çəkirlər. Ona görə də məsələyə kompleks yanaşmaq lazımdır. Yəni, torpaqların nəyə görə istifadə olunmamasının səbəbləri, kökləri dəqiq öyrənilməlidir” -deyə H.Mirələmov vurğulayıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Proqnoz: ​Dollar sürətlə ucuzlaşacaq

Next Post

TQDK monitorinq imtahanları keçirəcək

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

TQDK monitorinq imtahanları keçirəcək

Banklar çətin durumda - 11 milyard pul bata bilər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.