"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Banklar niyə bağlanır?

25 İyul 2016 - 09:07
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bankların bağlanmasının pərdəarxası: Mərkəzi Banka ittihamlar...Əkrəm Həsənov: “Maliyyə Bazarlarına Nəzarət Palatası bildirir ki, MB indiyədək saxtakarlığı ifşa etməyib, pozuntulara göz yumub”… Əkrəm Həsənov: “Maliyyə Bazarlarına Nəzarət Palatası bildirir ki, MB indiyədək saxtakarlığı ifşa etməyib, pozuntulara göz yumub”…

“Əmanətlərin Sığortalanması Fondunun pulu yoxdur. Belə çıxır ki, sığortalanmış əmanətləri Mərkəzi Bank qaytaracaq”. Bunu ekspert Əkrəm Həsənov dörd bankın bağlanmasından sonra yaranacaq vəziyyətə dair sualımızı cavablandırarkən deyib.
Ekspertin sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bankı ittiham edir: “Bankların bağlanması artıq adi hala çevrilib. Amma nə bu il, nə də əvvəllər Mərkəzi Bank demirdi ki, bunu həmin bankların ona təhrif edilmiş hesabatlar təqdim etdiyinə görə edir. Mərkəzi Bank adətən bağlanma səbəblərini bankın maliyyə göstəriciləri üzrə tələblərin pozulması ilə əsaslandırırdı. İndi isə Maliyyə Bazarlarına Nəzarət Palatası 4 bankın bağlanmasını o cümlədən təhrif edilmiş hesabatların təqdim edilməsi ilə əsaslandırdı. Yəni söhbət sözügedən 4 bankın sırf hansısa obyektiv, devalvasiya, böhran və sair səbəbdən çökməsindən getmir. Bu banklar nəzarət orqanına saxta hesabatlar təqdim edib”.
 
Onun sözlərinə görə, buna görə də onların sahibləri və menecerləri hətta cinayət məsuliyyətinə də cəlb oluna bilərlər: “Cavabsız qalan başqa şeydir: təhrif edilmiş hesabatlar kimə təqdim olunub: Mərkəzi Banka, yoxsa Palataya? Böyük ehtimalla ilk növbədə 24 il ərzində bank nəzarətini həyata keçirmiş Mərkəzi Banka. Bəs Mərkəzi Bank niyə saxtakarlığı ifşa etməyib? Axı bütün bankları vaxtaşırı yerində də yoxlayıb. Deməli, pozuntulara, aldığı hesabatlarla reallıq arasındakı fərqlərə göz yumub. Ona görə ki, Mərkəzi Bank rəhbərliyi ilə kommersiya banklarının rəhbərliyi arasında dostluq, qohumluq və sair qeyri-rəsmi və bəlkə də cinayətkar xarakterli əlaqələr çox dərindir”.
Ekspert martın 1-də “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun qüvvəyə minməsinə də diqqət çəkib: “Onadək xeyli bank bağlandı. Hamı da düşündü ki, ən pis banklar ona görə bağlanır ki, əmanətlərin tam sığortalanması sistemi onların əmanətçilərinə şamil olunmasın. Çünki ”Bank Technigue”nin bağlanmasından sonra Əmanətlərin Sığortalanması Fondunda vəsait tükənmişdi və o, Mərkəzi Bankdan kredit götürməyə məcbur olmuşdu. O zaman mən deyirdim ki, əslində bağlanmalı olan bankların sayı daha çoxdur, amma Mərkəzi Bank onları bağlamadı və Fondu gələcək risklərlə üz-üzə qoydu. Əvvəla, ona görə bu sayda bankın eyni zamanda bağlanması Mərkəzi Bankın illər boyu həyata keçirdiyi bərbad fəaliyyəti tam ifşa edəcəkdi. Digər tərəfdən isə martın 1-nə artıq məlum idi ki, bank nəzarəti səlahiyyəti Mərkəzi Bankdan Palataya keçəcək. Buna görə də Mərkəzi Bankı artıq bərbad bankların qalması və bununla da Əmanətlərin Sığortalanması Fondu üçün təhlükə yaratması maraqlandırmırdı. Əksinə, Mərkəzi Bank bağlanmalı olan bankların xeylisini bağlamadı və qısqanclıqla qarşıladığı Palata üçün problem yaratdı. Görəsən həmin banklar nəyin müqabilində buna nail oldular? Bu sualın cavabı yəqin ki, hüquq-mühafizə orqanlarının işi olacaq. Palataya səlahiyyətləri ötürərkən ona bildirdi ki, bankların hesabatlarına görə vəziyyətləri məqbuldur və bağlanmalarına ehtiyac yoxdur.
Buna görə də Palatanın bankları “təhrif edilmiş hesabatları təqdim etdiklərinə” görə bağlamasını bu gün deməsi əslində Mərkəzi Banka qarşı ittihamdır. Yəni illər boyu banklar saxta hesabatlar verib, Mərkəzi Bank buna göz yumub, onları bağlamayıb və bu şəkildə də Palataya ötürüb. Palata isə həmin bankları yerində yoxlayıb və təhrifləri aşkar edib”.
 
Ə.Həsənov qeyd edib ki, bu isə artıq həm həmin bankların, həm də Mərkəzi Bankın rəhbərliyinin fəaliyyətinin cinayət xarakterli olmasını düşünməyə əsas verir: “Bundan başqa, bankların indi bir-bir bağlanması əmanətlərin tam sığortalanması mexanizmini işə salacaq. Proses davam edəcək, çünki Palata tərəfindən yoxlamalar digər banklarda da aparılır. Əmanətlərin Sığortalanması Fondunun isə pulu yoxdur. Belə çıxır ki, sığortalanmış əmanətləri Mərkəzi Bank qaytaracaq. Bütün bunlar bank sisteminin nə dərəcədə ağır və qeyri-müəyyən vəziyyətdə olmasından xəbər verir. Dövlət qurumlarındakı özbaşınalıq və hərc-mərclik, aralarındakı münaqişələr bu problemləri daha da dərinləşdirir”.
O, bağlanan banklarda sığortalanmayan əmanətlərin və digər vəsaitlərin sahiblərinə də müraciət edib: “Boş dursanız, bir qəpik də geri ala bilməyəcəksiz. Həmin bankların və Mərkəzi Bank rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tələb edin, pullarınızın batmasının günahkarı onlardır. Ləğvetmə proseslərinə nəzarət edin, fəal olun”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Tramp Ukraynanı Putinə verəcək”

Next Post

Azercell Lahıcda “Həmrəylik düşərgəsi”-nə qatılır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azercell Lahıcda “Həmrəylik düşərgəsi”-nə qatılır

Bu günün hava proqnozu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.