"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Banklara olan etibarı gücləndirmək lazımdır

05 Fevral 2016 - 10:54
in XƏBƏR LENTİ

“Banklara olan etibarı gücləndirmək lazımdır

Azərbaycanda son bir ayda 6 kommersiya bankının lisenziyasının ləğv edilməsi, bununla bərabər konsalidasiya tədbirlərinin gücləndirilməsi banklarla bağlı yaranan psixoloji gərginliyi bir qədər də artırıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Qafqazinfo” xəbər verir ki, ötən il 2 böyük devalvasiyanın həyata keçirilməsi bankların işini xeyli dərəcədə çətinləşdirdi. Əhali, hüquqi şəxslər yaranmış yeni maliyyə şəraitidə depozitlərini riskdən qorumaq məqsədilə böyük həcmdə vəsaiti banklardan geri götürdü. 2015-ci ilin yanvarında təxminən 19,2 milyard dollar dəyərində olan depozitlərin həcmi 2015-ci ilin dekabrında 16,761 milyard dollara endi. Əhalinin əmanətlərində də böyük azalma qeydə alındı. Ötən ilin əvvəlində 9,03 milyard dollar dəyərində olan əmanətlər 2015-ci ilin dekabrın 1-də 6,751 milyard dollara endi.

Bu fakt depozit sahiblərinin, bank müştərilərinin baş verənlərə hansı həssaslıqda yanaşdığını göstərdi. Yeni şərait təsdiq etdi ki, maliyyə siyasəti, banklarla bağlı davranışlar Azərbaycan əhalisi üçün çox həssas qarşılanan məsələdir və bunu diqqətə almaq vacibdir.
Belə bir həssas məqamda bankların bağlanması və konsalidasiya tədbirləri əlavə psixoloji gərginlik yaratdı. Bu mənada ekspertlər hesab edirlər ki, dolların bahalaşması fonunda həm lisenziyaların ləğv edilməsi, həm də konsalidasiya tədbirlərinin həyata keçirilməsi üçün zamanlama doğru deyil. Bankların lisenziyasının ləğv edilməsi ilə müqayisədə konsalidasiyası məqbul variant sayıla bilər. Ən azından müştəriləri daha böyük zərərdən qorumaq üçün bu variant əlverişlidir. Amma yuxarıda qeyd etdiyimiz kimi həssas dövrdə konsalidasiya tədbirlərini həyata keçimək də uğurlu deyil. Əgər bankların konsalidasiyası vacib idisə, bunu maliyyə bazarında sabitlik, sakitlik olan dövrdə edilməsi doğru idi.

İstənilən halda banklarla bağlı yenilik, xüsusən onların bağlanması, həm də konsalidasiyası müştərilər arasında narahatçılığa gətirib çıxarır. Xüsusilə də banklarda əmanəti olan şəxslər hər hansı bankın bağlanmasına dair açıqlanan məlumatdan sonra narahatlıq keçirir və bu psixoloji hal bütün əmanətçilərin davranışlarına təsir edir. Əmanətçiləri düşündürən əsas məsələ bankların bağlanmasından, konsalidə edilməsindən sonra əmanətlərin qaytarılması ilə bağlıdır. Bu narahatlıq əmanətləri sığortalanan və sığortalanmayan bütün əmanətçiləri əhatə edir. Bu səbəbdəndir ki, əmanətlərin taleyi sadəcə həmin banklarda pulu olanları yox, digər banklarda əmanətləri olan əmanətçiləri də düşündürür. Çünki bir bankda baş verənlər bir nümunə kimi hamını maraqlandırır.

Bankların maliyyə vəziyyətlərinin ağırlaşmasına görə ayrı-ayrı bankları qınamaq da düzgün deyil. Hamıya bəllidir ki, mövcud çətin vəziyyət bir ildə iki devalvasiya qərarının verilməsindən sonra yaranıb. İndiki məqamda banklara olan etibarın qorunması ən vacib vəzifələrdən biridir. Hələ ilk devalvasiyadan sonra bankların öz öhdəliklərini yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşəcəyi bildirilirdi. İkinci devalvasiya bankları bir qədər də ağır şərtlərlə üzləşdirdi. Çətin dövrdə banklara olan etibarın saxlanması üçün onlara əlavə dəstəyin verilməsi şərt hesab olunur. Ekspertlər də hesab edir ki, bunun əksinə bankların bağlanması, konsalidasiyası ilə bağlı qərarlar verilməsi bank sektoruna güvəni zəiflədə bilər. Bu hal banklardan əmanətlərini geri götürməsini sürətləndirəcəyinə deməyə əsas yaradır. Buna görə də bankların üzləşdiyi çətin məqamda onları bağlamaqdansa, imkanlarını səfərbər etmək daha doğru olardı.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Fərhad Əliyevlə bağlı iddia – İnqilab hazırlayır

Next Post

ABŞ dolları bütün dünyada ucuzlaşır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

ABŞ dolları bütün dünyada ucuzlaşır

Deputatdan varlı azərbaycanlılara müraciət

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.