"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Banklararası qarşılıqlı xidmət haqları endirildi

24 Noyabr 2017 - 12:03
in İQTİSADİYYAT

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin milli ödəniş sistemi  infrastrukturunun təkmilləşdirilməsi, istifadə effektivliyinin yüksəldilməsi və iqtisadiyyatda nağdsız ödənişlərin çəkisinin artırılması istiqamətində tədbirlərini davam etdirir.

AMB-dən Elchi.az-a verilən məlumata görə, bununla bağlı həyata keçirilən sistemli islahatların nəticəsi kimi Azərbaycanda emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin ölkə daxilində həyata keçirilməsi, ölkədaxili kart əməliyyatları üzrə banklararası xidmət haqlarının bazar tələblərinə uyğun çevik tənzimlənməsi, kart infrastrukturu istifadəçilərinin xərclərinin aşağı salınması imkanının yaradılması məqsədilə AMB tərəfindən “Banklararası Kart Mərkəzi” (BKM) yaradılaraq 1 aprel 2016-cı il tarixindən istismara verilib.

AMB-dən bildirilib ki, növbəti addım kimi, AMB tərəfindən BKM üzərindən ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə “interçeync”in (banklararası qarşılıqlı xidmət haqlarının) aşağı salınması üçün Azərbaycan Banklar Assosiasiyasının, kart prosessinq mərkəzlərinin və bankların nümayəndələri ilə qarşılıqlı müzakirələr aparılıb və ümumi razılığa gəlinib.

İnterçeync – banklararası ödəniş kartları ilə əməliyyatların qəbulu üzrə ödənilən qarşılıqlı xidmət haqqıdır. Satış əməliyyatları üzrə təsərrüfat subyektinə xidmət göstərən bankı tərəfindən ödəniş kartı sahibinin bankına ödənilən xidmət haqqının əsas komponentini təşkil edir.

Ödəniş kartları vasitəsilə nağdsız qaydada aparılan kart əməliyyatları üzrə tətbiq edilən interçeyncin aşağı salınması nağdsız ödənişlərdə təsərrüfat subyektlərinin xərclərinin azalmasına, bununla da nağdsız ödənişlərə maraqlarının artmasına və nağdsız dövriyyənin genişləndirilməsinə təkan verir.

Qarşılıqlı razılığa əsasən, interçeync premial olmayan (Visa Electron, Visa Classic və Maestro, Debit MasterCard Standard və MasterCard Standard) ödəniş kartı məhsulları üzrə bazarın tələbinə uyğun olaraq dəyişdirilib. Mobil telefon haqları üzrə interçeync 26% azaldılaraq 1%, ərzaq mağaza və supermarketlər üzrə 61% azaldılaraq 0,5%, aptek və dərman məhsulları üzrə 78% azaldılaraq 0,3%, avtomatlaşdırılmış yanacaq doldurma məntəqələri üzrə 78,5% azaldılaraq 0,3%, e-ticarət əməliyyatları üzrə 16% azaldılaraq 1,3% həcmində müəyyən edilib. Nəqliyyat və dövlət ödənişləri üzrə interçeync əsasən azaldılaraq 0,1% səviyyəsində müəyyənləşdirilib.

Yeni interçeync tarifləri 20 noyabr 2017-ci il tarixindən qüvvədədir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Gələn il Azərbaycanda minik avtomobilləri bahalaşacaq — RÜSUMLAR ARTIR

Next Post

Səfir: ŞT sammiti gələcək tərəfdaşlıq üçün yeni məqsədlər müəyyənləşdiriləcək

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Səfir: ŞT sammiti gələcək tərəfdaşlıq üçün yeni məqsədlər müəyyənləşdiriləcək

Azərbaycan Silahlı Qüvvələri haqqında yeni qanun hazırlanır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.