"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bankların bağlanmasının və birləşməsinin həqiqətləri: bilin ki, aldanmayasınız

27 Yanvar 2016 - 15:28
in MANŞET, SEÇMƏ XƏBƏRLƏR

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Bankların bağlanmasının və birləşməsinin həqiqətləri:  bilin ki, aldanmayasınız

“Açıram sandığı, tökürəm pambığı: bilin ki, aldanmayasınız”
Nəhayət ki, Mərkəzi Bank bankların bağlanması və birləşdirilməsi prosesinə start verdi. Əlbəttə, çox gecikib, amma yenə də düzgün addımdır. Qeyri-sağlam banklar ləğv edilməli, sağlam, lakin çətinliyi olan banklar isə birləşdirilməlidir. İslamınSəsi xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Əkrəm Həsənov  bankların birləşdirilməsini şərh edərkən qeyd edib.
Bununla belə, iqtisadçı bildirib ki, təbii, realist olmaq lazımdır: “Niyə məhz indi? Niyə məhz bu banklar? Ardı olacaqmı? Olacaqsa, kimlərə aid olacaq? Bank müştəriləri, xüsusən də əmanətçilər nəyə diqqət etməli, nəyi nəzərə almalıdır ki, onları növbəti dəfə aldatmasınlar?”
Banklar niyə məhz indi ləğv edilir?
Əkrəm bəyin sözlərinə görə, yaxında “Əmanətlərin tam sığortalanması haqqında” qanun qüvvəyə minəcək: “Həmin andan əmanətlər 100% sığortalanmış və, deməli, bağlanan bankların əmanətçilərinə əmanətlər tam ödənilməli olacaq. Buna yol verməmək üçün Mərkəzi Bank bankları Qanun qüvvəyə minənədək ləğv edir. Başqa sözlə, bağlanan banklar üzrə əmanətlər yalnız 30 000 manat (18 750 dollar) həddində kompensasiya ediləcək. Digər əmanətlər, bir qayda olaraq, batacaq. Başqa sözlə, banka limitdən artıq əmanət (kredit) qoymuş şəxslər əlini pulundan üzsün! Yeri gəlmişkən, banklar əhalidən və sahibkarlardan kreditlərin qaytarılmasını tələb edəndə deyirlər ki, heç elə də şey olar, krediti götürmüsən, indi qaytar da, qaytarmasan səni məhv edərik! Bəs necə olur ki, bankda pul bata bilər və buna görə heç kəs məsuliyyət daşımır, amma bankın pulu borcluda batanda, onu hədələyirsiz, təhqir edirsiz və s.?”
Niyə məhz bu banklar bağlandı?
Ekspert, bu banklarda (“Gəncəbank”, “Yunayted Kredit Bank” və “NBCBank”) sığortalanmış əmanətlərin miqdarının cüzi olduğunu bildirib: “Başqa sözlə, Əmanətlərin Sığortalanması Fondunun üzərinə elə də böyük yük düşməyəcək. Mərkəzi Bankın rəhbərliyi üçün əsas məsələ də məhz budur (təbii, ictimaiyyətin və Prezidentin gözündə xal qazanmaq, müsbət fəaliyyətlə məşğul olduğunu göstərməklə yanaşı). Çünki sözügedən Fondun vəsaitini faktiki məhz Mərkəzi Bank idarə edir. Fondun nəyə qadir olduğunu hamıdan yaxşı bilir və müflisləşməsini istəmir. Lakin təbii ki, əslində bağlanmalı olan bankların sayı çoxdur. Mərkəzi Bank deyir ki, bu bankları “məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə” bağlayıb. Bankların ən azı yarıdan çoxu bu meyarlara uyğun gəlir, buna görə də maliyyə hesabatlarını gizlədirlər (Bank VTB isə heç gizlətmir də, açıqca bəyan edir ki, pozuram bunların hamısını!). Bəs onlar niyə ləğv olunmur? Ona görə ki, onlarda sığortalanmış əmanətlərin miqdarı çoxdur (bax həmçinin 4–cü bəndə!).
Bankların ləğvinin ardı olacaqmı?
““Əmanətlərin tam sığortalanması haqqında” Qanun qüvvəyə minənədək olacaq. Sonra olmayacaq. Səbəbini artıq yuxarıda qeyd etdim: əks təqdirdə, Fond bütün əmanətləri kompensasiya etməli olacaq. Ləğv ediləcək banklarda sığortalanmış əmanətlərin miqdarı yenə də çox az olacaq”,- Əkrəm bəy qeyd edib.
Hansı banklar birləşdiriləcək?
İqtisadçının sözlərinə görə, məntiqlə sağlam, lakin çətinliyi olan banklar birləşdirilməlidir ki, çətinliklərin öhdəsindən birgə gələ bilsinlər: “Ümid edək ki, belə də olacaq. Lakin əmin olmayaq. Çünki, yuxarıda vurğuladığım kimi, Mərkəzi Bankın rəhbərliyinin əsas məqsədi Əmanətlərin Sığortalanması Fondunu itkilərdən qorumaqdır. Buna görə də böyük ehtimalla Mərkəzi Bank qeyri-sağlam bankların da birləşdirilməsinə gedə bilər ki, gözdən pərdə assın. Niyə? Ona görə ki, qeyri-sağlam bankların bəzisində sığortalanmış əmanətlərin miqdarı çox böyükdür. Deməli, belə bankların ləğvi Əmanətlərin Sığortalanması Fondunu müflis edə, yəni Mərkəzi Bankın yarıtmaz fəaliyyətini nümayiş etdirə bilər. Əlbəttə, QİÇS xəstəsi olan insanların evləndirilməsi kimi qeyri-sağlam bankların da birləşdirilməsi yekunda faciə ilə qurtaracaq. Lakin vaxt udmağa, müəyyən dövr ərzində hamını aldatmağa, nüfuzu qorumağa və vəzifədə qalmağa xidmət edə bilər. Vaxt udmaq isə Mərkəzi Bankın mövcud rəhbərliyi üçün olduqca vacibdir, çünki aydın məsələdir ki, yaxında istefaya göndəriləcək və bundan sonrakı problemləri xələfinin üzərinə yıxa biləcək”.
Necə edək ki, aldanmayaq? 
 
O bildirib ki, bu sual ilk növbədə bank əmanətçilərini düşündürməlidir: “Hazırda bankların bir çoxu əmanətləri qaytarmır. Lakin Mərkəzi Bank onları ləğv etmir ki, əhali sığortalanmış əmanətləri üzrə kompensasiya alsın. Qorxuram ki, bundan sonra da əhalinin başını onunla qatsınlar ki, “bu banklar birləşir, ona görə də hələlik gözləyin, qoy birləşsinlər, əmanətləri sonra birləşmiş yeni bank özü qaytaracaq”. Buna yol vermək olmaz! Belə olsa, bilin ki, bizi aldadırlar və birləşdirilən banklar əslində qeyri-sağlamdır, sadəcə vaxt udmaq və əmanətləri kompensasiya etməmək üçün bizimlə oyun oynayırlar. Əslində isə bu halda belə olmalıdır. Bankların birləşməsi üçün Mərkəzi Bankın razılığı tələb olunur. Necə ki, bu gün Mərkəzi Bankın sədri bizə bəyan etdi ki, Dəmirbank və AGBank birləşdiriləcək. Bu o deməkdir ki, Mərkəzi Bank bu iki bankı sağlam, lakin müəyyən çətinliklərlə üzləşmiş hesab edir. Sadə dillə, onlar QİÇS-ə deyil, yalnız qripə yoluxublar. Lakin, məsələn, tutaq ki, Dəmirbank əmanətləri artıq qaytara bilmir. Bu halda Mərkəzi Bank Dəmirbanka kredit verməlidir ki, o, öhdəliklərini icra edə bilsin. Yox, əgər Mərkəzi Bank bunu etmirsə və əmanətçilər pulunu Dəmirbankdan götürə bilmirsə, deməli, bizi aldadırlar. Məntiq sadədir: Mərkəzi Bank Dəmirbankı sağlam hesab edirsə, niyə ona kredit vermir, niyə ona etibar etmir? Deməli, əmanətçilərə deyir ki, siz etibar edin və birləşmə prosesinin bitməyini (illərlə çəkə bilər!) gözləyin, amma mən Mərkəzi Bank olaraq Dəmirbanka etibar etmirəm! Buna görə də diqqətli olun: birləşdirilən bank əmanətlərinizi qaytara bilmirsə, deməli, əslində o ləğv edilməli idi və sizi sadəcə vaxt udmaq üçün aldadırlar”.
“Bu halda bəlanızın təqsirkarının Mərkəzi Bank olduğunu bilin və haqqınızı ondan tələb edin.
Özününzü aldatmağa qoymayın. İrəli”,-deyə ekspert əlavə edib
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Qarabağdakı gərginlikdən narahatıq` – Alman səfir

Next Post

Milli Məclisdə gərgin müzakirə – Qalmaqallı qanun

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Milli Məclisdə gərgin müzakirə - Qalmaqallı qanun

Putin gizli neft danışıqlarına başladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.