"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bankların dollarla olan kreditləri manata çevirməsi vətəndaşa nə verir?— İqtisadçılar danışır

17 Mart 2016 - 19:25
in XƏBƏR LENTİ

Bankların dollarla olan kreditləri manata çevirməsi vətəndaşa nə verir? —  İqtisadçılar danışır

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

ABŞ-ın Federal Rezervlər Sistemi dolların faiz göstəricilərini dəyişməmək qərarı aldıqdan sonra dollar digər valyutalara nisbətən xeyli dəyərdən düşüb.

Dolların ucuzlaşmasını fürsət bilən banklarımız dollar kreditlərini manata çevirməyə başlayıb. Bankların bu addımı fürsətdən istifadə edib, yenə qazanmaq istəyidir.

Bununla bağlı iqtisadçı ekspert Vüqar Bayramov və hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov Ölkə.Az-a açıqlama veriblər:

Vüqar Bayramov: “ABŞ-ın FRS sisteminin uçot dərəcəsinin dəyişməyəcəyi əvvəlcədən gözlənilən idi. Bir neçə gün öncə Avropa Mərkəzi Bankı uçot dərəcəsinin aşağı salınması və dövriyyəyə əlavə olaraq 20 milyard avronun buraxılması ilə bağlı qərar qəbul etdi. Ümumi məbləğ 60 milyarddan 80 milyarda qədər artırıldı. Ona görə də, FRS-in uçot dərəcəsini artırması dolların kəskin möhkəmlənməsinə gətirib çıxara bilərdi. Bu da ABŞ-ın ixracı baxımından rəsmi Vaşinqton üçün arzu olunan deyil. Hələlik dolların kəskin ucuzlaşması müşahidə edilmir. Əslində son aylar dolların digər valyutalara nisbətən dəyər itirməsi qeydə alınıb, bu FED-in uçot dərəcəsini dəyişməməsindən öncə baş verdi. Rusiyada rubl son bir ayda ABŞ dollarına nisbətən 15%, Çin valyutası isə ABŞ dollarına nisbətən 2% dəyər qazanıb. Dolların ucuzlaşması prosesi dünya bazarında müşahidə olunurdu.

Azərbaycanda dollarla olan kreditlərin manata çevrilməsi bankların vətəndaşlara güzəşti kimi qiymətləndirilməməlidir. Bank bugünkü məzənnə ilə dollarla olan krediti manata çevirir. Kommersiya banklarında dollarla verilmiş kreditlər fərqli məzənnələrlə verilib. Bəzilərində 0.78, bəzilərində isə 1.05 idi. Vətəndaş indi yeni devalvasiyalardan ehtiyat edərək buna razılıq verir. Burada yenə bank udur. Bank dollarla olan krediti manata çevirməklə növbəti dövrdən kreditləri geri almağa çalışır. Bütün hallarda burada vətəndaş qazanmır. Vətəndaş o zaman qazana bilərdi ki, dövlət və banklar tərəfindən hər hansısa bir güzəşt edilsin, kompensasiya verilsin. Manatın dollara nisbətən məzənnəsi Mərkəzi Bankın həyata keçirəcəyi siyasətdən asılı olacaq. İndiki halda Mərkəzi Bank çalışır ki, valyuta ehtiyatlarına qənaət etsin. Ona görə ki, valyuta ehtiyatları 4 milyarddan aşağı düşüb. Mərkəzi Bank indiki halda Dövlət Neft Fondunun hesabına valyuta ehtiyatlarını qorumağa çalışır, ancaq bunun nə qədər davam edəcəyi neftin dünya bazarındakı qiymətindən asılı olan prosesdir. İndiki məzənnə ilə dollarla olan kreditlərin manata çevrilməsi kommersiya bankları tərəfindən edilən güzəşt deyil. Bu kommersiya banklarının vətəndaşa kreditin yüksək məzənnə ilə verilməsinin rəsmiləşdirilməsidir”.

Əkrəm Həsənov: “Bankların kütləvi şəkildə dollarla olan kreditləri manata çevirməsi haqqında məndə məlumat yoxdur. Əgər banklar dollarla olan kreditləri manata çevirməyə başlayıblarsa və bunu doğrudan da edəcəklərsə, bu artıq o deməkdir ki, manatın növbəti devalvasiya ehtimalları yoxdur, yaxud azdır. Dolların indiki məzənnəsi ilə manata çevrilməsi də borc alanlara sərf etmir. Ancaq bu pis deyil, çünki vətəndaşın borcu dollarla olanda qorxur ki, növbəti devalvasiya ola bilər. İndi isə biləcək ki, borcu milli valyuta ilədir. Banklar dollarla olan kreditləri manata çevirəndə faizi dəyişməməlidir. Banklar bir devalvasiyadan qazanıblar, bir dəfə də istəsələr ki, faizi artırsınlar, onda bu əsl biabırçılıq olar”.

Səxavət Məmməd

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Müsavat prezidentin əfv sərəncamını alqışladı

Next Post

`Siz sübut etdiniz ki…` – Hüquq müdafiəçilərindən Prezidentə təşəkkür

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`Siz sübut etdiniz ki...` - Hüquq müdafiəçilərindən Prezidentə təşəkkür

`İlham Əliyev ən çətin gündə yanımızda oldu` - Dəniz Baykal (EKSKLÜZİV)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.