Ekspertlər bildirirlər ki, rüşvət və sifariş əsasında işləyən məhkəmələrdə problemin həlli mümkünsüzdür
Ölkədə manatın dəyərdən düşməsi, həmçinin bankların bağlanması və bu kimi digər problemlər bankları qorxuya salıb. Onlar bağlanmadan problemli kreditlərini geri almaq istəyirlər. Bu səbəbdən məhkəmələri tezləşdirməyə çalışırlar. Ekspertlər isə bildirirlər ki, bu üsul da səmərə verməyəcək. Üstəlik, ekspertlər vətəndaşların bankları məhkəməyə verməsinin vacibliyini vurğulayırlar.
Ekspert Qubad İbadoğlu məsələ ilə bağlı musavat.com-a bildirib ki, bununla da problem həll olunmayacaq: “Əslində rüşvət və sifariş əsasında işləyən, qərarlarının icra səviyyəsi aşağı olan məhkəmələrdə bu problemin həlli mümkün olmayacaq. Borcluları kütləvi şəkildə həbsə atmaq mümkün deyil. Qısamüddətli inzibati cəzaların verilməsi də problemdən çıxış yolu sayıla bilməz. Müşahidələr göstərir ki, bu müstəvidə gedən çəkişmələrdən ən çox qazanan məhkəmələr və onların qərarlarının icrasına nəzarət edən əlaqədar orqanlardır, itirən isə banklar və borclu olan əhalidir”.
Ekspert Vüqar Bayramov isə musavat.com-a deyib ki, bankların stimullaşdırıcı şəkildə təkliflər verməsi daha məqsədəuyğundur: “Həmişə demişəm ki, bankların vətəndaşlarla hədə ilə deyil, stimullaşdırıcı yolla danışması məqsədəuyğundur. Çalışmaq lazımdır ki, iş məhkəməyə getməsin. Banklar borclunun iş yerinə məktub göndərir, özünə hədə SMS-ləri göndərir, hədə-qorxu yolu ilə borcunu almağa çalışırlar. Buna son qoymaq lazımdır. Vətəndaşın imkanı yoxdursa, onu hədələməklə varlı etmək mümkün deyil. Ondan ödəniş almaq da mümkün deyil. Kredit götürən şəxs bunu geri qaytarmalıdır. Əgər qaytara bilmirsə də, məhkəməyə vermək çıxış yolu deyil. Kreditlərin qaytarılmaması bank sektorunda ciddi problemə səbəb olacaq, bu, şübhəsizdir. Banklar kreditlərin qaytarılmaması fonunda ciddi zərbə alacaq. Düşünürəm ki, daha çox stimullaşdırıcı metoddan istifadə etmək olar. 2010-11-ci illərdə banklar çay evlərində əhaliyə kredit kartları paylayanda vəziyyətin bu həddə gələcəyini bilməli idilər. Bu cür kredit siyasəti həyata keçirilirdi, kredit faizi 40-dan yuxarı idi. Əhalinin ödəmə qabiliyyətini yoxlamadan kredit verilməsi də bu gün problemli kreditlərin artmasına gətirib çıxartdı”.
Ekspert Əkrəm Həsənov isə krediti qaytara bilməyənlərlə bağlı açıqlama verib. O bildirib ki, krediti qaytarmamağa görə vətəndaşı cinayət və ya inzibati məsuliyyətə cəlb edə bilməzlər. Yəni bu, həm beynəlxalq, həm də milli qanunvericiliyimizdən irəli gəlir: “Məsuliyyətiniz yalnız mülki ola bilər. Yəni kredit əmlakınızdan tutula bilər. Bu da yalnız məhkəmə qərarı əsasında ola bilər. Əmlakınız yoxdursa, kreditin qaytarılması qeyri-mümkündür. Məsələn, adınıza sənədli daşınmaz əmlak və ya avtomobil yoxdursa, faktiki olaraq bank çarəsizdir. Daşınar əmlakınızın alınması isə müşkül məsələdir, çünki sizə mənsubiyyətini sübut etmək çətindir. Adınıza əmlak olsa belə, məhkəmə və icra proseslərini hüquqşünasla məsləhətləşib azı 3 il uzada bilərsiz”.