Banqladeşin paytaxtı Dəkkədə bazarda baş verən yanğında yüzlərlə mağaza kül olub.
Elchi.az xəbər verir ki, Banqladeşin paytaxtı Dəkkədə bazarda gecə saatlarında yanğın baş verib.
Bazardakı dükanlarda çoxlu yanar material olduğu üçün alov sürətlə yayılıb. Yüzlərlə mağazanı külə çevirən yanğın yanğınsöndürənlər və əsgərlər tərəfindən təxminən 6 saat ərzində nəzarət altına alınıb. Bölgə yanğınsöndürmə briqadasından verilən açıqlamada elektrik naqilində yaranan nasazlıqdan başladığı ehtimal edilən yanğında can itkisinin olmadığı bildirilib.
Aprel ayında Dəkkədəki geyim bazarında baş verən yanğında ən azı 5 min mağaza kül olmuşdu.
Şayəstə Hüseynova




