Banqladeşin, Hindistanın dərmanlarını gətiririk, amma Türkiyə ilə bu sahədə əməkdaşlığı qura bilməmişik.
Elchi.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
O qeyd edib ki, büdcədə bu problemlərin həlli üçün maliyyə var:
“Olimpiya komplekslərinin və digər bu kimi yerlərin saxlanması üçün ayrılan vəsait insanların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməlidir. Bu kimi yerlər təcili özəlləşdirilməlidir. Digər tərəfdən, dərmanların qiymətləri çox bahadır. Bizim bazardan Avropa dərmanları çıxıb. Banqladeşin, Hindistanın dərmanlarını gətiririk. Türkiyə ilə bu sahədə əməkdaşlığı qura bilmədik. İnsanlar 100 manatlıq dərmanı 300 manata almağa məcbur olurlar”.
Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az xəbər...




