"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Putin irəli getsə, uduzacaq, geri çəkilsə, hakimiyyəti itirəcək”

05 Sentyabr 2014 - 23:59
in MÖVQE, SİYASƏT

“Qarşıdurma sonadək davam edəcək. Bu o deməkdir ki, ya Qərb öz dediyinə nail olacaq, ya da18802 Putin”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

 Bu fikirləri Aktual.az-a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. Onun fikrincə, proseslərin nəticəsi Rusiya üçün acınacaqlı olacaq:

“Qüvvələr nisbətindən baxanda Rusiyanı NATO ilə müqayisə etmək çətindir. Baxmayaraq ki, Rusiya nüvə dövlətidir. Ancaq  onun nə Amerika və Avropanın iqtisadiyyatı kimi iqitisadiyyatı, nə də arxasında NATO kimi qüvvəsi var. Barış mümkün deyil. Proseslərin nəticəsi Rusiya üçün acınacaqlı olacaq. Çünki sanksiyalar hər gün artır və güclənir. NATO Şərqi Avropada və Baltikyanı respublikalarda gücünü daha da artıraraq, yeni qüvvələr yerləşdirir”.

V. Quluzadə Vladimir Putinin “yeni yol xəritəsi” təklifindən söz açaraq, bunun Dağlıq Qarabağ danışıqlarındakı proseslərlə oxşar olduğunu qeyd edib:

“Rusiya prezidenti V. Putinin “yeni yol xəritəsi”ni təklif etməsi diqqətçəkən məqamdır. Mən Dağlıq Qarabağ danışıqlarında iştirak etdiyim üçün bunun nə olduğunu yaxşı anlayıram. Yol xəritəsinin məqsədi, Ukraynanın öz qoşununu geri çəkməsi şərti ilə, separatçıların hücumu dayandıracaqlarından ibarətdir.

Əslində, Ukrayna öz torpağındadır. Nə üçün qoşunlarını geri çəkməlidir? Əgər Putin xoşniyyətli olsaydı, separatçıların tərksilah olmasını təklif edərdi.

Dağlıq Qarabağ danışıqlarında da eyni məqam idi. Bizə də belə təkliflər olurdu. Əvvələr istəyirdilər məsələyə belə formada “don geyindirsinlər”. Guya “Qarabağ separatçıları” Azərbayacanın 20 faiz torpağını işğal edib. Ermənistanı məsələdən uzaqlaşdırmaq istəyirdilər. İmperiyanın arsenalında belə təkliflər çoxdan var. Artıq bunları hamı bilir. Ukraynanın baş naziri Yatsenyuk da Putinin “yeni yol xəritəsi”nə həmin dəqiqə düzgün qiymət verdi ki,  bu, heç də sülhə yönələn addım deyil”.

Ukraynanın  Qərbin və NATO-nun müttəfiqi elan olunduğunu deyən politoloq  Rusiyanın Ukraynanı yıxa bilməyəcəyini və üstünlüyün Qərbdə olduğunu vurğulayıb:

“Rusiyanın daxilində  narazılıq artır. Bu zamana qədər narazılıq dalğasını boğurlar. Kim səsini çıxarırsa, onu vətən xaini elan edirlər. Ancaq rus ictimaiyyətində Ukraynanın əleyhinə aparılan müharibəyə qarşı da narazılıqlar var, onlar artır və genişlənir. Bu səbəbdən gələcəkdə baş verən hadisələr ölkənin daxilindəki proseslərdə özünü biruzə verəcək. Rusiyaya tətbiq olunan sanksiyaların fonunda qiymətlər artır, rus rublunun məzənnəsi düşür. Bu şəraitdə xalqın vəziyyəti də pisləşir. Putin artıq müharibə yoluna addım atıb. Qarşısındakı düşmən ondan qat-qat güclüdür. Putin irəli getsə uduzacaq, geri çəkilsə hakimiyyəti itirəcək”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ və Türkiyə terrora qarşı birgə mübarizə məsələlərini müzakirə edib

Next Post

BU PİŞİYİN HƏRƏKƏTLƏRİNƏ ÇOX GÜLƏCƏKSİNİZ

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Next Post

BU PİŞİYİN HƏRƏKƏTLƏRİNƏ ÇOX GÜLƏCƏKSİNİZ

ABŞ fond bazarında səhmlər bahalaşıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.