ABŞ prezidenti Barak Obama və xanımı Mişel pravoslav xristianlarını Pasxa bayramı münasibətilə təbrik edib. Barak Obama bütün dinlərin insanlarına sülh, ədalət və azadlıqda yaşamağı arzulayıb.
“Report”un məlumatına görə, bu haqda Ağ Evin mətbuat xidmətindən bildirilib.
“Biz pravoslav xaçpərəstlərlə və bütün dinlərin insanlarıyla həmrəyik və birlikdə çalışmağa davam edəcəyik ki, bütün insanlar əmin-amanlıq, ədalətdə və azadlıqda yaşaya bilsinlər” – deyə ABŞ prezidenti qarşıdan gələn bayram münasibəti ilə bildirib.
“Mişel və mən öz ən yaxşı arzularımı Amerika pravoslav xristianlarına çatdırırıq” – deyə Obama əlavə edib.




