“Barselona” müdafiəçisi Dani Alveşin cəzası ilə bağlı apelyasiya şikayəti vermək qərarına gəlib.
Kataloniya klubu İspaniya La Liqasının XXIII turunda “Atletiko” ilə oyunda (4:2) qırmızı vərəqə alan braziliyalıya kəsilən 2 oyunluq cəza ilə razılaşmır.
Klub rəhbərliyi bunun ağır cəza olduğunu düşünür və müddətin 1 matça endirilməsini tələb edəcək. “Barsa”nın mətbuat xidməti tezliklə apelyasiya şikayəti ediləcəyini açıqlayıb. Müraciət təmin olunmasa, 38 yaşlı futbolçu “Espanyol” və “Valensiya” ilə görüşləri buraxacaq.
Qeyd edək ki, “Barselona”ya qış fasiləsində keçən Dani Alveş ölkə çempionatında 2 oyun keçirib, 1 qol, 2 assistlə yadda qalıb.






