Son 13 ildə Barselona çimərlikləri 150 min kubmetr qum itirib, vəziyyət noyabr ayında daha da pisləşib.
Elchi.az Ria.ru-ya istinadən bildirir ki, Rusiya Turoperatorlar Assosiasiyası “Barselona Ciclo del Aqua” (BCASA) çimərliklərinin direktoru Patrisiya Ximenezə istinadən məlumat verib.
Onun sözlərinə görə, noyabrın əvvəlində Avropanı vuran tufan Barselona sahillərini kritik vəziyyətə gətirib, Nova-Mar-Bella qum zolağının böyük hissəsini əhatə edib. “Bizə qum lazımdır”,-deyə Ximenez müraciət edib.
O, qeyd edib ki, qum itkisi Barselonanın 9 çimərliyindən dördünün yoxa çıxmasına bərabərdir. Amma çətin ki, problem 2025-ci ilə qədər həll olunsun.
Qumun alınması mərkəzi hökumətin nəzarətindədir və KİV-in məlumatına görə, bu məsələ ilə bağlı tenderlər 2025-ci ilə qədər keçiriləcək. Xatırlaqda ki, son tenderlər 2010-cu ildə keçirilib.
Yeganə






