Bu gün Qafqaz Universitetində türk dünyasının qəhrəman oglu, Azərbaycan bayrağı ordenli, kəşfiyyatçı döyüşçü İbad Hüseynli ilə tələbə gənclər arasında görüş keçirilib.
Görüşdə millət vəkili, YAP beynəlxalq əlaqələr komissiyasının katibi, professor Elman Nəsirov, Beynəlxalq məsələlərin araşdırılması mərkəzinin rəhbəri, politoloq Rufiz Qonaqov iştirak edib.
Öncə çıxış edən Qafqaz Universitetinin prorektoru Cihan Bulud bildirib ki, İbad Hüseynli tək Azərbaycanın deyil, bütün türk xalqlarının qəhrəmanıdır və belə bir qəhrəmanı, yaşayan şahidi yaxından görməsi, tanıması gənclər üçün böyük xoşbəxtlikdir. Azərbaycan tarixən qəhrəman oğulları ilə qürur duyub. Bu gün də müasirlərimiz İbad Hüseynli kimi qəhrəmanla qürur duyur, fəxr edir.
Millət vəkili Elman Nəsirli, beynəlxalq məsələlərin araşdırılması mərkəzinin rəhbəri, politoloq Rufiz Qonağov, “Atilla” jurnalının baş redaktoru Gülşən Behbud çıxış edərək İbad Hüseynlinin keçdiyi həyat və döyüş yolunu gənclərin diqqətinə çatdırıblar. Qeyd olunub ki, gənclərimiz məhz belə qəhrəmanları özləri üçün örnək seçməli və torpaqlarımızın işğaldan azad olması üçün öncə mütləq Vətəni sevməlidirlər. Bunun üçün isə gənclərə mütəmadi vəətnpərvərlik ruhu aşılanmalıdır. Bu baxımdan gənclərin gerçək qəhrəmanların, o cümlədən DQ münaqişəsində saglamlığını, canını qurban verən igidlərimizin həyat və fəaliyyətləri ilə yaxından tanış olmaları və bu kimi görüşlərin keçirilməsi də mühüm əhəmiyyətə malikdir.
Xatırladaq ki, İbad Hüseynov məşhur erməni terrorçu, Xocalı qətliamının iştirakçısı Monte Melkonyanın başını kəsib.








