“Rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılması, dayanıqlı iqtisadi artımın sürətləndirilməsi, inkişafdan hər bir vətəndaşın bəhrələnməsi, işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında 2021-ci il 2 fevral tarixli Sərəncamı imzalanıb”.
Elchi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.
Ə. Əsədov qeyd edib ki, sərəncamın icrasının təmin edilməsi və Milli Prioritetlərə uyğun olaraq, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə Nazirlər Kabineti tərəfindən 5 Milli Prioriteti əhatə edən 10 alt İşçi Qrupu yaradılıb: “Hökumət tərəfindən Strategiya artıq təsdiq üçün təqdim olunub”.





