"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Baş nazir: “Abenin vəziyyəti kritikdir, həkimlər əllərindən gələni edir” – YENİLƏNİB-5

08 İyul 2022 - 10:45
in FLƏŞ

“Keçmiş Baş nazir Sindzo Abenin vəziyyəti kritikdir, həkimlər onun həyatını xilas etmək üçün əllərindən gələni edir”.

Bunu da oxuyun

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Elchi.az xəbər verir ki, bunu Yaponiya Baş naziri Kişida Fumio deyib.

“Mən ümid edirəm və dua edirəm ki, o, sağ qalacaq. Biz motivləri və detalları bilmirik, polisin araşdırmasını gözləməliyik. Qətiyyətlə vurğulayıram ki, belə barbar hücumlara dözüm göstərmək olmaz, biz hökumət olaraq əlimizdən gələni edəcəyik”, – Baş nazir vurğulayıb.

Kişida qeyd edib ki, bu sui-qəsdin siyasi təsirləri barədə danışmaq tezdir və bu məsələ hökumət kabinetinin iclasında müzakirə olunacaq: “Təbii ki, hökumət istənilən ssenarini gözləyir və bu ssenarilərə hazır olacaq. Hökumət kabinetinin üzvlərinə göstəriş verilib ki, toplantı üçün Tokioya toplaşsınlar. Biz reallıqları nəzərə almalı, vacib adekvat cavablar verməliyik”.

***

09:13

Yaponiyanın keçmiş Baş naziri Sindzo Abe vəfat edib.

Elchi.az xəbər verir ki, bu barədə Britaniyanın maliyyə naziri Nadim Zahavi “Twitter“də bildirib.

“Yaponiyadan ürək ağrıdan xəbər gəldi. Baş nazir Sindzo Abe açılan atəş nəticəsində dünyasını dəyişib. Biz siyasətə xidmət etmək və dünyanı daha yaxşı bir yerə çevirmək üçün qoşuluruq, yaxşı insan bu nəcib məqsəd uğrunda həyatını itirdi. Əbədi hüzur içində yatsın”, – nazir qeyd edib.

***

08:55

Yaponiyanın keçmiş Baş naziri Sindzo Abeni güllələyən şəxsin kimliyi müəyyənləşib.

Elchi.az-ın NHK telekanalına istinadla məlumatına görə, o, Nara şəhərinin sakini, keçmiş dənizçi 41 yaşlı Tetsuya Yamaqamidir.

***

08.26

Sindzo Abenin vəziyyəti barədə ziddiyyətli xəbərlər yayılır.

Elchi.az-ın xəbərinə görə, NHK televiziyası bildirir ki, Abenin ürəyi dayanmış vəziyyətdədir, həyat əlaməti yoxdur.

AFP siyasətçinin həyatla ölüm arasında olduğu haqda məlumat verib.

***

07.57

Yaponiya hökuməti Sindzo Abeyə sui-qəsdlə bağlı böhran qərargahı yaradıb.

Elchi.az-ın xəbərinə görə, Baş nazir Fumido Kisida Yamaqata prefekturasına səfərini yarımçıq qoyaraq paytaxt Tokioya qayıdıb. O, qərargaha rəhbərlik edir.

***

07.24

Yaponiyanın keçmiş Baş naziri Sindzo Abe kütlə qarşısında çıxışı zamanı silahlı hücuma məruz qalıb.

Elchi.az-ın “Bloomberg“ə istinadla xəbərinə görə, hadisə Nara şəhərində baş verib.

Siyasətçi huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.

Şahidlərin dediyinə görə, iki atəş səsi eşidilib.

Hücumda şübhəli bilinən şəxsi polis saxlayıb.

Baş nazir: “Abenin vəziyyəti kritikdir, həkimlər əllərindən gələni edir” - YENİLƏNİB-5
Baş nazir: “Abenin vəziyyəti kritikdir, həkimlər əllərindən gələni edir” - YENİLƏNİB-5
Baş nazir: “Abenin vəziyyəti kritikdir, həkimlər əllərindən gələni edir” - YENİLƏNİB-5
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

DİN Nazirlər Kabineti önündə aksiya keçirmək çağırışına münasibət bildirib

Next Post

Lavrov: “Taxıl böhranı ilə bağlı Ukrayna və Türkiyə ilə danışıqlara hazırıq”

Bənzər yazılar

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

15 Mart 2024 - 10:00

Ermənistanda Bakıda həbsdə olan separatçıların AzTV-də yayımlanacaq müsahibələri ilə bağlı müzakirələr davam edir. Martın 28-də efirə gedəcək sənədli filmdə Araik...

Next Post
Moskva Bakının Ukrayna ilə bağlı mövqeyindən RAZIDIR

Lavrov: "Taxıl böhranı ilə bağlı Ukrayna və Türkiyə ilə danışıqlara hazırıq"

FHN: Ötən sutka 22 yanğına çıxış olub, 5 nəfər xilas edilib

FHN: Ötən sutka 58 yanğına çıxış olub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.