"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Baş nazir qərar imzaladı

26 Avqust 2023 - 16:15
in CƏMİYYƏT

“Binalar üçün minimum enerji effektivliyi Normaları” təsdiq edilib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

“Binalar üçün minimum enerji effektivliyi Normaları” (bundan sonra – Normalar) “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021- ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb və enerji effektivliyi sinifləri üzrə binaların minimum enerji effektivliyi normalarını müəyyən edir.

Normalarda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1. binanın enerji effektivliyi sinfi – istismarda olan və ya layihələndirilən binanın enerji effektivliyini xarakterizə edən binanın enerji istehlakının qənaətlilik səviyyəsi;

2. binanın enerji sərfi – binanın istilik və soyutma itkilərinin kompensasiyası, isti su, işıqlandırma, havalandırma üçün tələb olunan enerjinin miqdarı;

3. binalarda enerji sərfinin hesablanması metodologiyası – tikinti norma və qaydalarına əsaslanan və binaların enerji sərfiyyatına (istilik təchizatı, soyuqluq təchizatı, isti su, işıqlandırma, havalandırma) təsir edən bütün parametrlər nəzərə alınmaqla binada sərf edilən enerjinin hesablanması metodologiyası;

4. binalar üçün enerjinin normalaşdırılan xüsusi sərfi – binanın istilik təchizatı, soyuqluq təchizatı, isti su, işıqlandırma və havalandırma üçün sərf edilən enerjinin normalaşdırılmış sərfi;

5. bərpa olunan enerji mənbələri hesabına istehsal edilən enerji – ətraf mühitdə daim mövcud olan, yaxud mütəmadi yaranan enerji mənbələri (hidroenerji, külək enerjisi, günəş enerjisi, geotermal enerji, biokütlə enerjisi, dəniz və okeanlarda dalğa enerjisi, qabarma və çəkilmə enerjisi, su axınlarının enerjisi və s.) hesabına istehsal edilən enerji;

6. ilkin enerji resursları – heç bir çevrilmə və ya transformasiya prosesinə məruz qalmayan enerji resursları.

Normalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.

Qərarla binalar üçün enerjinin normalaşdırılan xüsusi sərfi aşağıdakı kateqoriya (tip) binalar üçün müəyyən edilir:

1. yaşayış binaları, mehmanxanalar, sosial xidmət müəssisələri, yataqxanalar;

2. tibb müəssisələri;

3. təhsil müəssisələri;

4. istehsalat binaları və anbarlar;

5. inzibati təyinatlı binalar (ofislər);

6. digər ictimai binalar.

Binalarda enerji sərfinin hesablanması metodologiyasında Qaydanın 3.2-ci bəndində qeyd edilən kateqoriya (tip) binalar üzrə aşağıdakı parametrlər nəzərə alınır:

1. binanın qoruyucu konstruksiya elementlərinin istilikötürmə müqaviməti;

2. binanın qoruyucu konstruksiyalarının havanüfuzetmə qabiliyyəti;

3. binanın qoruyucu konstruksiyalarının nəmlənmədən mühafizəsi;

4. mərkəzi isitmə və soyuqluq təchizatı sistemləri, isti su təchizatı, o cümlədən onların izolyasiyasının xarakteristikası;

5. daxili iqlim şərtləri, o cümlədən layihələndirilmiş daxili hava kondisiyalaşdırması;

6. təbii və mexaniki havalandırma sistemləri;

7. işıqlandırma (təbii və ya süni) sistemləri;

8. binanın konstruksiyası, cəhətlənməsi, o cümlədən iqlim şərtləri;

9. bərpa olunan enerji mənbələri hesabına istehsal edilən enerjidən istifadə.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənistanın havadarları bunu nə qədər tez anlasalar…

Next Post

Əliyev: Bu, bizim gücümüzü göstərir

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Əliyev: Bu, bizim gücümüzü göstərir

Əliyev: Bu, bizim gücümüzü göstərir

Münaqişədən faydalanan əsas tərəf ABŞ-dır

Münaqişədən faydalanan əsas tərəf ABŞ-dır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.