Bəzən düzgün qərar qəbul etmək üçün daxili səsə qulaq asmaq kifayət edir. İntuisiya bəzən anında daha
yaxşı məsləhət verir, nəinki ağıl. İnkişaf etmiş intuisiyaya bir çox məşhur alimlər, siyasətçilər, iş adamları malik idilər. Məhz daxili səsləri lazım olan anda onlara məsləhətlər verib. İntuisiya Britaniyanın baş naziri Uinston Çörçillin həyatını bir neçə dəfə xilas edib. Deyirlər ki, siyasətçi “altıncı hissi”nə tam etibar edirdi və bu hiss nadir hallarda onu yanıldıb. Belə ki, ilk gənclik illərində Uinston Çörçill Afrikaya yola düşüb – o vaxtlar gənc Uinson ingilis-burs müharibəsi hadisələrini işıqlandıran hərbi müxbir kimi çalışıb. Müxbirin də getdiyi qatar atəşə məruz qalıb, Çörçill isə, burslar tərəfindən əsir götürülüb. Lakin bir aydan sonra cavan oğlan zindandan qaçmağa müvəffəq olub. Xilas olmağa çalışan Uinston balaca kəndə gəib çıxır və evlərdən birinin qapısını döyür. Demə bu ev, o ətrafda olan yeganə ingilisə məxsus ev imiş. Qalan bütün evlərdə burslar yaşayırmış… Ev sahibi həmyerlisini bir neçə gün ərzində zirzəmidə gizlədərək, sonradan onun cəbhə xəttini keçməsinə kömək edir.
yaxşı məsləhət verir, nəinki ağıl. İnkişaf etmiş intuisiyaya bir çox məşhur alimlər, siyasətçilər, iş adamları malik idilər. Məhz daxili səsləri lazım olan anda onlara məsləhətlər verib. İntuisiya Britaniyanın baş naziri Uinston Çörçillin həyatını bir neçə dəfə xilas edib. Deyirlər ki, siyasətçi “altıncı hissi”nə tam etibar edirdi və bu hiss nadir hallarda onu yanıldıb. Belə ki, ilk gənclik illərində Uinston Çörçill Afrikaya yola düşüb – o vaxtlar gənc Uinson ingilis-burs müharibəsi hadisələrini işıqlandıran hərbi müxbir kimi çalışıb. Müxbirin də getdiyi qatar atəşə məruz qalıb, Çörçill isə, burslar tərəfindən əsir götürülüb. Lakin bir aydan sonra cavan oğlan zindandan qaçmağa müvəffəq olub. Xilas olmağa çalışan Uinston balaca kəndə gəib çıxır və evlərdən birinin qapısını döyür. Demə bu ev, o ətrafda olan yeganə ingilisə məxsus ev imiş. Qalan bütün evlərdə burslar yaşayırmış… Ev sahibi həmyerlisini bir neçə gün ərzində zirzəmidə gizlədərək, sonradan onun cəbhə xəttini keçməsinə kömək edir.İntuisiya ikinci dəfə baş nazirin həyatını İkinci dünya müharibəsi zamanı xilas edib. Dauninq-stritdə nahar edərkən , Çörçill stolun arxasından qəfildən ayağa qalxıb və mətbəxə yollanıb. O, dərhal xidmətçilərə hava hücumundan qorunmaq üçün sığınacağa düşməyə əmr edib. Bir saatdan sonra mətbəx otağına mərmi düşür…
Üçüncü dəfə isə siyasətçinin maşınını partladaraq, həyatına sui-qəsd etmək istədikdə, daxili səsi onu xilas edib. Çörçil adətinin əksinə olaraq, maşının həmişə oturduğu tərəfində deyil, əks tərəfdə oturur və bu təsadüf nəticəsində sağ qalır. Sonralar Çörçill xatırlayırmış ki, sanki kimsə kənardan gözəgörünməz qüvvə ona başqa oturacaqda oturmağı bildirmişdi.

İntuisiya fenomenini araşdıran alimlər bu fikri daha çox hallandırırlar ki, daxili səs həyat boyunca toplanmış təcrübədən başqa bir şey deyil. Məsələn, insan hər hansı təhlükə əlamətlərini görür, lakin gördüklərini tam dərk etməyə macal tapmır. Lakin beyin komandanı ildırım sürətilə verir ki, insan da bunu daxili səs kimi başa düşür. Məsələn, adam gözünün ucuyla damdan düşən buz və ya kərpic parçasını görərək, küçənin ortasında instinktiv olaraq dayanır və ya əksinə, addımını kəskin şəkildə sürətləndirir. Onu təhlükə gözlədiyini adam o anda başa düşməyə zaman baxımından macal tapmır, amma beyni dəqiq bilir ki, zədədən qaçmaq üçün nə etmək lazımdır.
İntuisiyanın əmələ gəlməsinə beynin sağ yarımkürəsi cavab verir. “Altıncı hiss”i inkişaf etdirmək üçün məhz bu sahəni çalışdırmaq lazımdır. Yeri gəlmişkən, yaradıcılıq ilə bağlı bütün məsuliyyəti beynin sağ yarımkürəsi daşıyır. Ona görə də sağ yarımkürəsinin aktivliyini artıran daha çox fəaliyyət növləri ilə məşğul olun – rəsm çəkin, musiqiyə qulaq asın , sənət əsərləri yaradın.
(Analitik.az)



