"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Baş prokuror Zakari Qrossla görüşdü: səfirliyə hücum…

22 Sentyabr 2022 - 17:07
in HADİSƏ

Sentyabrın 22-də Baş prokuror Kamran Əliyev Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qross ilə görüşüb.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Bu barədə Elchi.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Qonağı salamlayan Baş prokuror ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.

Kamran Əliyev ölkəmizdə diplomatik missiyasını başa vuran səfir Zakari Qrosa səmərəli fəaliyyətinə, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə Baş Prokurorluq tərəfindən təşkil edilmiş mətbuat konfransları və brifinqlərdə iştirak etdiyinə və ölkələrimizin hüquq mühafizə orqanları arasında konstruktiv əməkdaşlıq əlaqələrinin qurulmasında səylərinə görə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Baş prokuror ölkə rəhbərliyinin diqqət və qayğısı ilə Qarabağda aparılan bərpa və yenidənqurma işləri haqda səfiri məlumatlandırıb. Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Azərbaycanda fəaliyyətini məmnunluqla bildirərək Fransanın Azərbaycanla əlaqələrinə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini, eləcə də iki ölkə arasında iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın əhəmiyyətinə toxunaraq ikitərəfli məsələlərin bir çox sahələr üzrə irəli aparılması imkanlarının mövcud olduğunu qeyd edib.

Fransanın Qarabağda minatəmizləmə fəaliyyətində iştirak etdiyini bildirən səfir, ölkəsinin şirkətlərinin işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında maraqlı olduqlarını vurğulayıb. Z.Qross ölkəmizin prokurorluq orqanlarında aparılan köklü islahatları yüksək qiymətləndirərək gələcəkdə Azərbaycan prokurorluğunun əməkdaşlarının Fransanın Dövlət Qulluğu üzrə Milli İnstitutu (keçmiş ENA) və Milli Magistratlar Məktəbində (ENM) təcrübə keçmələri üçün geniş imkanlar olduğunu bildirib.

Daha sonra sentyabrın 18-də Azərbaycanın Parisdəki səfirliyinin inzibati binasına etnik ermənilərdən ibarət radikal qruplaşma tərəfindən hücum edilməsi faktı ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən başlanmış cinayət işinin istintaqının Fransanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılmasının vacibliyi qeyd olunaraq bu barədə müvafiq razılıq əldə olunub. Səfir Qross baş verən hadisənin təəssüf doğurduğunu bildirərək Fransa tərəfindən hadisəyə müvafiq hüquqi qiymətin verilməsi üçün aidiyyəti addımların atılacağını qeyd edib. Həmçinin bildirilib ki, ölkəmizin Parisdəki diplomatik nümayəndəliklərinin inzibati binaları hazırda tam şəkildə polis tərəfindən qorunur. Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə olunub, faydalı fikir mübadiləsi aparılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İran yeni ballistik raketini təqdim etdi

Next Post

İlham Əliyev fərman imzaladı

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
İlham Əliyev bir sərəncam, bir fərman imzaladı

İlham Əliyev fərman imzaladı

Prezident jurnalistləri təbrik etdi

İlham Əliyev yəhudi icmasını təbrik etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.