"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Baş Prokurorluq efirdə qayınanasını öldürdüyünü deyən gəlinlə bağlı açıqlama yayıb

02 Fevral 2022 - 16:06
in GÜNDƏM

Ağcabədi rayonunda gəlinin qayınanasını qətlə yetirməsi barədə məsələ Baş Prokurorluqda xüsusi nəzarətə götürülüb.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məsələ ilə bağlı yaydığı məlumatda bildirilib. Məlumatda qeyd olunub ki, Ağcabədi şəhər sakini Əfsanə Cəfərovanın 1 fevral 2022-ci il tarixdə “ARB” televiziya kanalının “Səni axtarıram” adlı verilişində qayınanası Faxrəndə İbrahimovanı itələməklə ölümünə səbəb olması barədə məlumat verməsi ilə əlaqədar bildiririk ki, 1962-ci il təvəllüdlü Faxrəndə Həsən qızı İbrahimovanın 2020-ci ilin fevral ayının 23-də Ağcabədi şəhərində yerləşən evinin həyətində ölmüş vəziyyətdə aşkar olunması faktı üzrə rayon prokurorluğunda araşdırma aparılmaqla onun ölümündə kənar şəxslərin iştirakı, hadisənin baş vermə faktı və digər sübut edilməli olan halların müəyyənləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətlər icra edilib. Araşdırma zamanı Faxrəndə İbrahimovanın ailə üzvləri ilə, o cümlədən gəlini Əfsanə Cəfərova ilə münasibətləri, aralarında ədavət və ya münaqişələrin olub-olmaması da yoxlanılmaqla, onların hər birinin hadisə gününə aid alibiləri, istifadələrində olan mobil telefonlar üzrə qeydə alınan zənglər, antena göstəriciləri, SMS məlumatları təhlil olunub.

İlkin araşdırma zamanı Əfsanə Cəfərova prokurorluqda verdiyi çoxsaylı izahatlarında baş vermiş hadisəyə hər hansı formada aidiyyətinin olmadığını, Faxrəndə İbrahimovanın ölümünün təbii səbəblərdən baş verdiyini göstərib, eləcə də kənar şəxslər tərəfindən cinayətin törədilməsinə əsas verən hər hansı dəlillər əldə olunmadığından 3 mart 2020-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilib.

Faxrəndə İbrahimovanın oğlu Elşad Cəfərovun 18 noyabr 2021-ci il tarixli ərizəsində qeyd olunan xüsusatlarla əlaqədar cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar 22 noyabr 2021-ci il tarixdə ləğv edilməklə Əfsanə Cəfərova və onunla yaxın münasibətlərdə olan digərlərinin hadisədə mümkün iştiraklarının yoxlanılması məqsədilə zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsi planlaşdırılıb.

Əfsanə Cəfərovanın televiziya verilişində səsləndirdiyi məlumatlarla bağlı 2 fevral 2022-ci il tarixdə Faxrəndə İbrahimovanın ölüm faktı üzrə başlanmış cinayət işinin istintaqı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən xüsusi nəzarətə götürülməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Bununla belə Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinə əsasən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Odur ki, hazırda Əfsanə Cəfərovanın cinayət hadisəsi ilə əlaqədar ziddiyyətli ifadələr verməsi nəzərə alınaraq iş üzrə bütün halların tam, hərtərəfli araşdırılması məqsədilə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumatların verilməsi təmin olunacaq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Akar: “Axtarışda olan bir çox terrorçu məhv edilib”

Next Post

SN: Ürək-damar xəstəlikləri olanlar vaksin vurdurmalıdır

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
SN: Ürək-damar xəstəlikləri olanlar vaksin vurdurmalıdır

SN: Ürək-damar xəstəlikləri olanlar vaksin vurdurmalıdır

Türkiyə və Ukrayna azad ticarət haqqında saziş imzalayacaq

Türkiyə və Ukrayna azad ticarət haqqında saziş imzalayacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.