"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Baş Prokurorluq qanunvericilikdə narkotiklərlə bağlı cəzaların dəyişdilməsinə aydınlıq gətirib

11 May 2022 - 12:36
in HADİSƏ

Baş Prokurorluq qanunvericilikdə narkotik istifadəsi ilə bağlı cəzaların dəyişdirilməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Baş Prokurorluğun mətbuat xidmətindən bununla bağlı Elchi.az-a daxil olan məlumatda bildirilib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilir:

“Son günlər sosial şəbəkələrdə Milli Məclis tərəfindən qəbul edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri nəzərdə tutan qanunlar düzgün təbliğ edilməməklə, “şəxsi istehlak miqdarında” ifadəsinin “az miqdarda” ifadəsi ilə əvəz edilməsi barədə məlumat mətbuatda “az miqdarda” narkotikdən istifadəyə görə cinayət məsuliyyətinin ləğv edilməsi” kimi səhv təsəvvürün formalaşdırılmasına şərait yaradıb.

Bununla əlaqədar bildirilir ki, qüvvədə olan Cinayət Məcəlləsinin 234.1-ci və İnzibati Xətalar Məcəlləsinin 206-cı maddələrinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət, həmin əməllərin şəxsi istehlak miqdarında törədilməsinə görə isə inzibati məsuliyyət müəyyən edilir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Bununla belə, Cinayət Məcəlləsinin qüvvədə olan 234.1-ci maddəsində əksini tapmış “narkotik vasitələr” anlayışı tərkibində narkotik maddələr olan bitkiləri də əhatə etməli olduğu halda, bitkilərin “şəxsi istehlak miqdarı”nın müəyyən edilməsi mümkün olmadığından qeyd olunan əməllər həmin maddə ilə tövsif edilmir.

Bu isə təcrübədə müəyyən çətinliklərə səbəb olmaqla, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri (onların hissələrini) toplama və ya digər üsullarla əldə etmə, saxlama və daşıma əməllərinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, həmçinin, satış məqsədi olmadan külli miqdarda və ümumiyyətlə məqsədindən asılı olmayaraq xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar əməllərə görə məsuliyyətin daha da ağırlaşdırılması zərurəti yaradıb.

Göstərilənlərə əsasən, vahid terminologiyanın tətbiqi məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisində 3 oxunuşdan keçərək qəbul olunmuş dəyişikliklərdə yuxarıda qeyd edilən maddələr üzrə “şəxsi istehlak miqdarında” sözləri “az miqdarda” sözləri ilə, “şəxsi istehlak miqdarından artıq miqdar” sözləri isə “xeyli miqdar” sözləri ilə əvəz olunub, “külli” və “xüsusilə külli” miqdarlarla bağlı cinayət məsuliyyətinin sərtləşdirilməsini nəzərdə tutan zəruri dəyişikliklər edilib.

Göründüyü kimi qeyd olunan dəyişikliklər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin dekriminallaşdırması deyil, əksinə qeyd olunan sahədə bütün ictimai təhlükəli əməllər üzrə məsuliyyətin labüdlüyünün təmin edilməsi üçün edilib”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

DSMF-nin ehtiyat maliyyə mənbəyi açıqlanıb

Next Post

Aİ-nin Azərbaycanın ixrac strategiyasına dəstək layihəsi yekunlaşıb

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
Aİ-nin Azərbaycanın ixrac strategiyasına dəstək layihəsi yekunlaşıb

Aİ-nin Azərbaycanın ixrac strategiyasına dəstək layihəsi yekunlaşıb

Ukraynada dağıdılan xəstəxanaların sayı açıqlanıb

Ukraynada dağıdılan xəstəxanaların sayı açıqlanıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.