"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Baş Prokurorluq rektorun qızının döyülməsi ilə bağlı protest verdi

17 Mart 2015 - 11:10
in XƏBƏR LENTİ

Baş Prokurorluq rektorun qızının döyülməsi ilə bağlı protest verdi

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanın  döyülməsilə bağlı fərqli versiyalar irəli sürülür.
Universitetin rektoru Hamlet İsaxanlı qızının döyüldüyünü inkar etsə də, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-a açıqlamasında faktı təsdiqləyib: “Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 222.2.1-ci maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır. Martın 14-də hadisəni törətməkdə şübhəli bilinən şəxsə həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib”.
Eldar Sultanovun sözlərinə görə, rektorun qızının döyülməsində təqsirkar bilinən hər iki şəxs barəsində martın 14-də Bakı Şəhər Prokurorluğu tərəfindən həbs qətimkan tədbiri seçilməsi üçün Xətai Rayon Məhkəməsinə təqdimat verilib: “Lakin Xətai Rayon Məhkəməsinin hakimi Raziyə Ataşovanın çıxardığı qərara əsasən iki şəxs – Zaur və Elin Məmmədov qardaşları məhkəmə zalından azad ediliblər”.
Prokurorluq rəsmisi bildirib ki, Xətai Rayon Məhkəməsinin həmin qərarından Bakı Şəhər Prokurorluğu apelyasiya protesti verib: “Həmin protestə bu gün Bakı Apelyasiya Məhkəməsində baxılacaq”.
Xəzər Universitetinin rektorunun qızı Ülkər İsayeva martın 3-də Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb. Hadisə barədə ilk məlumatı Musavat.com saytı yayıb.
Bakı şəhəri Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin ağır cinayətlərin istintaqı şöbəsinin xüsusi ilə mühüm işlər üzrə baş müstəntiqi polis  polkovnik- leytenantı Yasin Mikayıllının 14 mart 2015-ci il tarixli vəsatəti əsasında ibtidai araşdırmaya prosessual rəhbərlik həyata keçirən Bakı şəhər prokurorluğunun müavini baş ədliyyə müşaviri Azər Əsgərov eyni tarixli təqdimatla məhkəməyə müraciət edərək Cinayət Məcəlləsinin 222.2.1-ci maddəsi ilə təqsirləndirən şəxs qismində cəlb edilmiş Zaur Məmmədov barəsində həbs qəti imkan tədbirinin seçilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edib.
Daxil olan məlumata əsasən bildirilir  ki, Zaur Məmmədov martın 9-da, saat 04:25 radələrində qardaşı Elin Məmmədovla bir qrup şəxs halında  sərxoş vəziyyətdə ictimai yerdə, Bakı şəhəri Səbail rayonu  Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində heç bir səbəb olmadan tanışları İsayeva Ülkər Hamlet qızını idarə etdikləri  90 KU 050 dövlət nömrə nişanlı “BENTLEY”  markalı avtomobildən  zorla çəkib çıxarmaqla yerlə sürüyərək, əl və ayaqla  zərbələr endiriblər. Hadisəni görən vətəndaşların müdaxiləsindən sonra  Ülkər İsayeva taksiyə əyləşərək hadisə yerindən uzaqlaşmaq istəyən zaman, ona imkan verməyərək zorla  taksi maşınından düşürdülərək yerlə sürülmüş, təkrarən əl və ayaqla zərbələr yetiriblər. Bu zaman vətəndaşların müdaxiləsindən sonra  Ü.İsayevaya təkrar təzyiq göstərilərək “Bentley” markalı  minik avtomobilinə otuzdurularaq fiziki təzyiqə məruz qalıb.
Adıçəkilən hüquq mühafizə orqanlarında, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hadisəsi ilə müşayiət edilən hərəkətlər  üzrə istintaq aparılaraq martın 12-də Zaur Məmmədov barəsində Cinayət Məcəlləsinin 221.2.1  maddəsində nəzərdə tutulan cinayət əməlini törədib, o həmin gün şübhəli şəxs qismində tutulub.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanın xaricdə təhsil proqramında dəyişiklik olacaq

Next Post

Ali Rada Donbasın statusuna dair qanun layihəsinə baxır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ali Rada Donbasın statusuna dair qanun layihəsinə baxır

Bakıda böyük əmliyyat keçirildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.