Ankaradanın mərkəzində, hökumət kvartalında partlayıcı yüklənmiş avtomobillə törədilən, Türkiyə silahlı qüvvələrinin Baş qərargahında xidmət edən onlarla zabitin və mülki şəxsin həlak olması ilə nəticələnən terror aktında izlər Suriyanın şimalına aparır.
Virtualaz.org xəbər verir ki, Türkiyə hüquq-mühafizə orqanları terror aktının kim tərəfindən törədildiyinə dair hələlik rəsmi məlumatla çıxış etməyiblər. Həmişə olduğu kimi bu haqda əvvəlcə KİV-lər məlumat yayırlar.
Bu məlumatlara əsasən Silahlı Qüvvələrin Baş qərargahının, hava və quru qoşunlarının komandanlıqlarının, generallar və admirallar üçün nəzərdə tutulmuş şəhərciyin bir neçə yüz metrliyində törədilən, azı 28 nəfərin həlak olduğu, 61 nəfərin yaralandığı terror aktını törədən Suriyanın şimalındakı YPG kürd silahlı təşkilatına bağlı Salih Necar adlı kürddür.
O, bir müddət əvvəl suriyalı qaçqınlarla birlikdə Türkiyə ərazisinə keçib, terrorçularla əlaqəsinin olduğundan şübhələnən Türkiyə polisi onun barmaq izlərini götürüb.

Bildirilir ki, terror aktını törətmək üçün istifadə olunan avtomobil ağ rəngli. Son model “Volkswagen Scirocco” avtomobilidir. Videomüşahidə kameralarının qeydə aldığı görüntülərdə həmin avtomobilin Baş qərargahın işıqforda dayanmış servis avtobuslarına arxadan yaxınlaşdığını və partladığını görmək olur.
Məlum olub ki, avtomobil 15 gün əvvəl İzmirdə kirayə götürülüb, ancaq daha sonra avtomobil kirayəsi ilə məşğul olan şirkətə geri qaytarılmayıb və avtomobilin oğurlandığı barədə polisə məlumat verilib. Videomüşahidə kameralarındakkı görüntülər həmin avtomobilin fevralın 11-də saat 13 radələrində partlayışın törədildiyi ərazidə olduğunu qeydə alıb.
Avtomobilin üzərində saxta dövlət nömrə nişanı olub. Bildirilir ki, avtomobil 10 gündür Ankarada imiş. Bu da terror aktına ən azı həftələrdir hazırlıq getdiyini göstərir. Başqa sözlə, terror aktının Türkiyə artilleriyasının ötən həftə Suriyanın şimalında YPG qüvvələrinə endirdiyi zərbələə cavab olaraq törədildiyi versiyaları ağlabatan deyil.

O da məlum olub ki, Ankara terror hücumundan bir neçə saat əvvəl İraqın şimalındakı kürd siyasi təşkilatı PYD-yə bağlı Demokratik Suriya Qüvvələri (DSG) adlı təşkilat Türkiyə ordusunun artilleriya zərbələrinə cavab veriləcəyini bildirib. DSG-nin liderlərndən Əbu Ömər Türkiyə artilleriyasının zərbələri nəticəsində itki vermədiklərini, ancaq bu hücumların cavabsız qalmayacağını deyib.
PYD Suriyanın şimalında, Fırat çayının sol sahilindəki kürd kantonlarına nəzarət edir. Çayın sağ sahilindəki kürd kantonları isə YPG-nin nəzarətindədir. Suriyanın şimalındakı kürd kantonlarının birləşməsi və beləliklə də Türkiyənin sərhədi boyu daha bir faktiki kürd muxtar bölgəsinin meydana çıxması üçün əsas maneə strateji əhəmiyyətli Azez qəsəbəsidir.
Türkiyə bu qəsəbənin kürdlərin əlinə keçməsinə imkan verməyəcəyini bildirir. Lakin bu gün gələn xəbərlərə görə kürdlər hər iki tərəfdən Azezə doğru yaxınlaşıblar və Türkiyə artilleriyasının sərhədin bu tayından endirdiyi zərbələrə baxmayaraq qəsəbəni tutmaq üzrədirlər. Qəsəbədə Azad Suriya Ordusunun türkmən batalyonları döyüşür.