"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Baş redaktor Emil Nəsirli III Antalya Diplomatiya Forumunda ölkəmizi müstəqil jurnalist kimi təmsil edib

07 Mart 2024 - 11:58
in XƏBƏR LENTİ
#image_title

#image_title

“Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə martın 1-3-də keçirilən Antalya Diplomatiya Forumunda iştirak etmək üçün bu ölkədə səfərdə olub.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Elchi.az xəbər verir ki, Türkiyədə keçirilən III Antalya Diplomatiya Forumunda iştirak edən Emil Nəsirli Forum çərçivəsində baş redaktoru olduğu “Azərbaycanım” beynəlxalq jurnalının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi, media sahəsində beynəlxalq platformaların yaradılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə bir sıra işgüzar görüşlərin iştirakçısı olub.

Forumun gedişi prosesində Emil Nəsirli Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla görüşüb. Görüşdə baş redaktor jurnalın Redaksiya Şurasının qərarı ilə xarici işlər naziri Hakan Fidanın “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının Fəxri üzvü seçildiyini və iki ölkənin xalqları arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə “Azərbaycanın dostu” Qızıl Ordeni ilə təltif olunduğunu bildirib. Sonra Emil Nəsirli Redaksiya Şurasının Fəxri üzvlük sertifikatını və “Azərbaycanın Dostu” Qızıl Ordenini xarici işlər naziri Hakan Fidana təqdim edib. Baş redaktor dərin köklərə, ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında çoxşaxəli və strateji müttəfiqlik münasibətlərinin inkişafı üçün birgə səylərin daha da möhkəmlənəcəyindən əmin olduğunu vurğulayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan öz növbəsində “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının Fəxri üzvü seçildiyinə və “Azərbaycanın Dostu” Qızıl Ordeninə layiq görüldüyünə görə jurnalın Redaksiya Şurasının üzvlərinə təşəkkürünü bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsində, Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə təşkil olunan foruma 148 ölkədən 4700 nəfər qatılıb. Tədbirdə 19 dövlət və hökumət başçısı, 2 xüsusi administrasiya rəhbəri və 52 xarici işlər naziri iştirak edib.
III Antalya Diplomatiya Forumunda ölkəmiz Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdikləri nümayəndə heyətləri ilə təmsil olunub.
Dövlət rəsmilərimiz burada müxtəlif panel iclaslarda iştirak edib, çox sayda görüşlər keçiriblər.

Üç gün davam edən tədbirdə baş redaktor Emil Nəsirli Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev, Mərkəzi Afrika Respublikasının Prezidenti Faustin-Arçange Touadera, Macarıstanın Baş Naziri Viktor Orban, Özbəkistanın xarici işlər naziri Bəxtiyar Səidov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Qambiya Respublikasının xarici işlər naziri Mamadu Tanqara, Slovakiya Respublikasının xarici işlər və Avropa məsələləri üzrə naziri Yuray Blanar, Rumıniyanın xarici işlər naziri Luminitsa Teodora Odobesku, Burkina-Fasonun xarici işlər və regional əməkdaşlıq naziri Karamoko Jan Mari Traore, Mali Xarici İşlər Naziri Abdulay Diop, Konqonun xarici işlər naziri Kristof Lutundula Apala, Çad Respublikasının xarici işlər naziri Mahamat Saleh Annadif, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Binəli Yıldırım, Xorvatiya Respublikasının prezidenti Kolinda Qrabar Kitaroviç, Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Naledi Pandor və diğər xarici ölkənin rəsmiləri ilə görüşüb. İşgüzar görüşlərdə medianın qlobal böhranlar, terrorla mübarizə, enerji təhlükəsizliyi kimi bir çox mövzularda rolu barədə fikir mübadiləsi aparılıb.

Baş redaktor Emil Nəsirli görüşlərdə Azərbaycan iqtisadiyyatı, ölkədə aparılan islahatlar, işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində görülmüş işlər, Azərbaycan üçün də bu gün aktual olan məsələlərlə bağlı məlumatları bölüşüb, ölkəmizi təbliğ edən “Azərbaycanım” beynəlxalq jurnalının yeni işıq üzü görmüş nüsxələrini görüş keçirdiyi xarici ölkə rəsmilərinə hədiyyə edib.

Türkiyədə keçirilən III Antalya Diplomatiya Forumunda “Türk dünyasında təşkilatlanma: XXI əsrdə TDT”, “Dəyişən təhlükəsizlik təhdidlərini anlamaq üçün yeni xarici siyasət yanaşmaları”, “Sahil: Təhlükəsizlik risklərindən daimi sabitliyə”, “Qloballaşmış dünyada elmi və texnoloji diplomatiyanın rolu”, “İqlim dəyişikliyi: Gələcək nəsillər bizi nə cür xatırlayacaq”, “Qida təhlükəsizliyi: Artan çağırış”, “Avropa İttifaqınin qlobal dəyişiklikləri formalaşdırmaq qabiliyyəti”, “Sülh və inkişafın təşviqində parlamentarilərin rolu”, “Artan irqçilik, ksenofobiya və islamofobiya” kimi bir çox mövzu ətrafında fikir mübadilələri aparılıb, tədbir çərçivəsində xüsusilə gənclər üçün bir sıra məlumatlandırıcı görüşlər də keçirilib.

#image_title
#image_title
#image_title
#image_title
#image_title
#image_title
#image_title
#image_title
#image_title
#image_title
#image_title
#image_title
#image_title
#image_title
#image_title
#image_title
#image_title
#image_title
#image_title

 

#image_title
#image_title

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Next Post

QMİ Ramazan ayının başlaması ilə bağlı fətva verdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
QMİ-yə 1 milyon manat ayrıldı

QMİ Ramazan ayının başlaması ilə bağlı fətva verdi

Tələbələr bu hallarda universitetdən xaric oluna bilər

Tələbələr bu hallarda universitetdən xaric oluna bilər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.