"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Baş redaktor hüquq müdafiəçisinə müraciət etdi

14 Noyabr 2014 - 21:47
in XƏBƏR LENTİ
YAP Füzuli rayon Təşkilatının sədri, rayon təhsil şöbəsinin müdirəsi Almaz Həşimova tərəfindən sifarişli olaraq Xüsusi ittiham qaydasında məhkəməyə verilən Jurnalist, Sonolay.org saytının baş redaktoru Ramin Məhəmmədoğlu üzləşdiyi haqsızlıqlarla bağlı dövlət başçısına və İnsan Hüquqları Üzrə Birgə Qrupun nümayəndəsi xanım N. Cəfəroğluna müraciət ünvanlayıb.

21Xüsusi ittihamla məhkəməyə verilmiş baş redaktor R. Məhəmmədoğlu öz müraciətində bildirir ki, “mənə qarşı irəli sürülən iddialar heç bir reallığa cavab vermir və heç bir sübutlarla təsdiqlənmir. Bu mənim həbs edilməyim üçün bir sifarişdir. Amma mən inanıram ki, Azərbaycanda hələdə ədalətli məhkəmələr var və ədalətli qərar çıxardacaqlar”.

Baş redaktorun İnsan Hüquqları Üzrə Birgə Qrupun nümayəndəsi xanım N.Cəfəroğluna müraciətini olduğu kimi təqdim edirik.

Hörmətli Novella xanım!

Bəri başdan Sizi və Sizin şəxsinizdə Azərbaycanın bütün azad ruhlu, haqqsevər vətəndaşlarını İnsan Hüquqları Üzrə Birgə Qrupun ölkə başçısının iradəsi ilə öz fəaliyyətini bərpa etməsi münasibətilə təbrik edir, uğurlar arzulayıram.
Məlum edirəm ki, SonOlay.orq saytının və OlayTV.az Milli Xəbər Agentliyinin baş redaktoruyam. Jurnalist kimi peşə fəaliyyətimdə həmişə obyektivliyə üstünlük vermiş, qərəzçilikdən uzaq olmuşam. Cəmiyyətdə müşahidə olunan haqsızlıqlara da göz yummamış, bir sözlə, düzü düz, əyrini əyri yazmağa çalışmışam. Elə Füzuli rayon Təhsil Şöbəsinin müdiri Almaz Nəşimovanın rəvac verdiyi qanunsuzluqlara biganə qala bilməməyimin də səbəbi məhz ədalətpərvərliyim olmuşdur.
Hörmətli hüquq müdafiəçisi!

Artıq bir neçə aydır ki, SonOlay.orq Milli Xəbər Agentliyində Almaz Həşimovanın Füzuli rayon təhsil sistemində yol verdiyi əyintilər, qol qoyduğu maliyyə maxinasiyaları və korrupsiya hüquqpozmaları barədə tənqidi məqalələr dərc olunmuşdur. Eyni zamanda, aidiyyəti qurumlara, hüquq-mühafizə orqanlarına tərəfimizdən müraciət edilərək, onların diqqətini bu məsələyə yönəltməyə çalışmışıq.

Bütün bunları həzm edə bilməyən Almaz Həşimova özünün məni məhkəməyə verməyə cəsarəti çatmadığı üçün başqa bir iyrənc üsula əl ataraq məni şərləməyə çalışmışdır. Həm də Yeni Azərbaycan Partiyası Füzuli rayon Təşkilatının sədri olan Almaz Həşimova bu çirkin məqsədinə nail olmaq üçün partiyadaşı Abbasova Zümrüd Abbas qızının xidmətindən istifadə etmişdir. Belə ki, “facebook” sosial şəbəkəsinin istifadəçisi olan Zümrüd Abbas mənim şəbəkədə paylaşdığım məqalələrin altından təhdiq və təhqir dolu “rəylər” yazmışdır. Bununla o, müəllifi hövsələdən çıxarmağa, ağır cavab verməsinə nail olmağ çalışmışdır ki, nəhayətdə məni məhkəməyə verib guya onun şərəf və ləyaqətini alçaldığım üçün ittiham etsin. Doğrudur, mən onun qərəzli rəylərinə münasibət bildirsəm də, sözlərimdə heç bir təhqir elementi olmayıb. Buna baxmayaraq, Z.Abbasova mənə sifarişli məhkəmə qurdurub divan tutmaq istəyən vəzifəli şəxsin öz niyyətini həyata keçirməsinə köməklik etmişdir. Z.Abbasovanın mənə qarşı xüsusi ittiham qaydasında irəli sürdüyü iddiaya görə guya mən sosial şəbəkədə və saytda onun özünü və ailəsini təhqir etmişəm. O, mənim AR Cinayət Məcəlləsinin 147.1.2 və 148-ci maddələri ilə təqsirləndirilərək bu maddələr üzrə nəzərdə tutulmuş ən yüksək cəzanın verilməsini, habelə, məndən 500000 (beş yüz min) manat pul vəsaitinin tutularaq onun nəfinə ödətdirilməsini məhkəmədən xahiş etmişdir. Keçirilmiş məhkəmə hazırlıq iclasında mənə qarşı irəli sürülən ittihamla razılaşmayaraq, bunun sifarişli böhtan olduğunu düşündüyümü bildirmişəm.

Onu da qeyd etməyi özümə borc bilirəm ki, Z.Abbasova ittiham edərkən, məni hakim partiyanın uğurlarını gözü götürməyən müxalifətçi jurnalist adlandırmışdır. Halbuki, mən heç bir müxalifət partiyasının üzvü deyiləm və hesab etmirəm ki, azad sözü demək üçün, haqsızlığa qarşı etiraz səsi ucaltmaq üçün mütləq müxalifətçi olmaq lazımdır. Bu, təxminən ona bənzəyir ki, N.Cəfəroğlunu və İnsan Haqları Üzrə Birgə Qrupun bütün üzvlərini hakimiyyətlə işbirliyində suçlayırlar.
Hörmətli hüquq müdafiəçisi, mən Sizin siyasi dustaqların azad olunması, pozulan insan hüquqlarının bərpası naminə apardığınız işi təqdir edir, alqışlayıram. Elə bilirəm ki, mənə qarşı açılan bu böhtan və şər kampaniyasına da biganə qalmayacaqsınız. Ümid edirəm ki, problemlə bağlı lazım gəlsə hökumət qarşısında məsələ qaldıracaq, gərək olsa, Avropa Məhkəməsi müstəvisinə çıxaracaqsınız. Çünki bu hadisə birbaşa söz azadlığına qarşı qəsddir.

Sizə inanıram, ona görə ki, “bu gün bizim bütün bəlalarımız məhkəmə sistemindən gəlir” demisiniz. Elə isə yol verməyin sifarişli məhkəmə məni bəlaya salsın. Onu da bilirəm ki, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin rəhbərisiniz. Ancaq əminəm ki, insan və vətəndaş hüquqlarına hörmətsiz yanaşan həmcinslərinizlə həmfikir olmazsınız. Odur ki, köməklik göstərməyinizi xahiş edirəm. Tərəfimdən lazım olan digər təfərrüatları, müdafiəmə kömək edəcək materialları təqdim etməyə hazıram.
Qabaqcadan minnətdarlığımı bildirirəm.

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakı və Tehranın hamar olmayan münasibətləri

Next Post

Ən çox avtoqəza harada olur?

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ən çox avtoqəza harada olur?

Xaçmazdakı qatilin görüntüləri... - VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.