"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Baş verənlər Ermənistana növbəti xəbərdarlıqdır”

04 Avqust 2022 - 19:19
in Cebhe-banner, MANŞET

QÜDRƏT HƏSƏNQULİYEV: “AZƏRBAYCAN PREZİDENTİ QARABAĞ ÜZƏRİNDƏ DÖVLƏT SUVERENLİYİNİN BƏRPASI ÜÇÜN NƏ ETMƏLİ OLDUĞUMUZU BİLİR VƏ BU PROBLEMİ GƏLƏCƏK NƏSİLLƏRƏ SAXLAMAQ İSTƏMİR”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Baş verənlər üçtərəfli 10 noyabr 2020-ci il sazişini imzalamış ölkələrə, xüsusilə də Ermənistana müqavilənin şərtləri yerinə yetirilməsinin zəruriliyi ilə bağlı növbəti xəbərdarlıqdır.

Bu sözləri xalqcebhesi.az saytına açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

BAXCP sədri qeyd edib ki, Ermənistan işğalçı hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxarmalı, Laçın azad olunmalı, Naxçıvana Rusiyanın nəzarət etdiyi yol açılmalı, müqavilədə nəzərdə tutulan digər razılaşmalar icra olunmalıdır: “Ermənistan Azərbaycana qarşı ərazi iddialarına, yəni Qarabağda qızışdırdığı qanlı separatizmə dəstək verməyə son qoymalıdır. Bu olmadıqca, biz onlara rahat həyat haqqı tanımamalıyıq. Əks halda onlar danışıqları daha 30 il uzadacaq. Ermənistan Azərbaycana münasibətdə sülh və yaxın qonşuluq siyasəti aparmasa etnik ermənilərin Azərbaycanda yaşayışı mümkün olmayacaq. Biz elə etməliyik ki, onlar bir saniyə olsun belə bunu unutmasınlar. Azərbaycan Prezidenti Qarabağ üzərində dövlət suverenliyinin bərpası üçün nə etməli olduğumuzu bilir. İlham Əliyev bu problemi gələcək nəsillərə saxlamaq istəmir. Sabah Ərdoğan Putinlə görüşəcək və bu məsələ növbəti dəfə müzakirə olunacaq. Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə!”

Qüdrət Həsənquliyev hesab edir ki, baş verənləri Rusiyanın oyununda yer almağımız kimi “qiymətləndirənlər” uğurlarımızdan pərt olanlardır: “Hər kəs bilməlidir ki, onlar sığındıqları və himayə olunduqları ölkələrin maraqlarından çıxış edirlər. İçərilərində az-çox vətənpərvərlik hissi qalanlar isə əminəm ki, gizlincə sevinirlər. Amma əzizlərini erməni faşistlərinin terror edib öldürdüyü şəxslərin “Haykanuş” kimi davranmaları və açıqlamaları çox üzücüdür. Bu iqtidarı sevməmək olar, ancaq Qarabağdakı uğurlara sevinməyib onun üzərinə kölgə salmaq üçün vurnuxub arqumentlər axtarmaq, bizi Pelosinin Qarabağa gələ biləcəyi ilə bizi qorxutmağa çalışmağın tək adı öz ölkənə xəyanətdir. Təəssüf ki, Rusiya münaqişənin həllində maraqlı görünmir və bu səbəbdən, Ermənistana təzyiq etmir. Yalnız, “tərəflər üçtərəfli bəyanatın şərtlərini tam yerinə yetirməlidir” kimi açıqlamlar verməklə kifayətlənir. Azərbaycan isə regionun inkişafı üçün qısa müddətdə sülh sazişinin imzalanmasını və münaqişəyə son qoyulmasını istəyir. Bundan başqa, əgər Rusiyanın maraqları ilə Azərbaycanın maraqları hansısa məsələdə üst-üstə düşürsə və bu bizə imkan verirsə ki, uğurlar əldə edək, onda buna sevinməliyik və bu bizim diplomatik uğurumuz kimi qiymətləndirilməlidir. Rusiya da bundan faydalanacaqsa, qoy faydalansın. Əsas bizim haqq işimizdə nailiyyətlər əldə etməyimizdir. Çalışmalıyıq ki, bütün həssas məsələlərdə regionun böyük dövlətləri haqqın və ədalətin yanında olsun, beynəlxalq hüququ dəstəkləsin”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Səfər Mehdiyevin iki yaxın qohumu İŞDƏN ÇIXARILDI

Next Post

Estoniyada Sovet abidələri söküləcək

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Estoniyada Sovet abidələri söküləcək

Estoniyada Sovet abidələri söküləcək

Zahid Oruc: “44 günlük müharibə erməniləri süni statusdan məhrum etdi”

Zahid Oruc: "44 günlük müharibə erməniləri süni statusdan məhrum etdi"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.