"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Başını itirmiş Serj Sarkisyan…

09 Aprel 2016 - 07:41
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bu yaxınlarda Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində qeyri-adi, amma həm də məzəli bir hadisə baş verdi. Dövlət və hökumət başçıları birgə foto çəkdirərkən fotoqraflar onlardan əl yelləməyi xahiş etdilər.

Obyektivə baxaraq bunu etməyən yeganə şəxs, qəribə də olsa, Serj Sarkisyan oldu. Bəlkə də bunu diplomatik etiketin əlifbasını bilməməklə izah etmək olardı. Amma bizcə, söhbət sadəcə Ermənistan dövlət başçısının protokol xidmətinin eybindən getmir. Yəqin ki, həmin an Serj Sarkisyanın başında xəlvətcə düşündüyü “ildırım sürətli müharibə” ilə bağlı fikirlər dolaşırdı. O, təsəvvürünə gətirirdi ki, “şanlı Ermənistan ordusu”nun hücumundan cəmi bir neçə saat sonra “cəsur erməni döyüşçülər” Kürün sularında çiməcək. Serj Sarkisyan bu xülyalara qərq olduğu zaman fotoqrafların ona bir neçə dəfə işarə edərək əl yelləməsini xahiş etdiyinin fərqinə varmadı. Nəhayət, onlar Ermənistan prezidentinin kar-kor olmasından bezib fotoaparatlarını şaqqıldatdılar.

Hə, məzəniz olsun Serj Azatoviç… Dünya liderləri ilə yan-yana durmaq sizin üçün tezliklə Bakıda “Artsax bayrağı”nın sancılacağı barədə xalqınızın başını piyləmək deyil. Erməni təbliğat maşınının mifləri faş oldu. “Qorxaq əsgər” ilk atəşdən sonra “sprinter sürəti ilə” Xəzərə doğru qaçmadı, siz isə 22 ildir ki, öz sadəlövh və hər sözü tez həzm edən ictimaiyyətinizi buna inandırdınız. Yox, əsgər qorxubilməz şir kimi döyüşə atıldı, öz canının hayına qalmadı, düşməni cəhənnəmə vasil etmək üçün vuruşdu!

Qaçmağa gəldikdə, bunu silahını və yaralı yoldaşlarını döyüş meydanında atan sizin “müzəffər ordunuz” etdi. Xatırlayırsınızsa, bir vaxtlar onu “regionda ən döyüşqabiliyyətli” adlandırırdınız. Hə, bu qaçaqaç elə güclü oldu ki, hətta əhali arasında vəlvələ düşdü. Döşünüzə döyə-döyə “alınmaz” adlandırdığınız “Ohanyan xətti” isə demə, “Kardaşyanın xətti”ndən də şəffaf imiş…

Sizə işarə edən fotoqrafları görmədiniz, buna xəyallarınız mane oldu. Düşüncələrinizdə “köklü xalqlar” “onların vətənini işğal etmiş köçərilərə” qarşı üsyana qalxacaq və dərhal “azadlıqsevər artsaxlılar”ın tərəfinə keçəcəkdilər. Eh, haradan biləydiniz ki, Qarnik Asatryan və bu gün rüsvayçılıqdan “ustad” məzarında çevrilən erməni təbliğatının “şahı” Levon Melik-Şahnazaryan ayrılan vəsaiti bada veriblər. Sizin onlara “əsarətdə olan” milli azlıqların “oyanışı” üçün axmaqcasına verdiyiniz əlmuzdunu kefləri istəyən kimi xərcləyiblər. Həmin an bilmirdiniz ki, qrantlar vasitəsilə “yad” Qarabağ uğrunda döyüşməkdən imtina edib ermənilərlə kütləvi qardaşlaşma əvəzinə Lənkəran, Qusar və Balakəndən olan gənclər, az qala sözün hərfi mənasında, hərbi komissarlıqlara hücum çəkəcək və xahiş edəcəklər ki, Vətənləri Azərbaycan Respublikası uğrunda müqəddəs müharibəyə könüllü kimi göndərilsinlər!

Odur ki, sizi başa düşür və çox da qınamırıq: həmin vaxt – obyektivlər qarşısında durarkən başınız fikirlərdən şişmişdi. Heç əl yelləmək yada düşmürdü, bunun hayında deyildiniz!..

Amma indi fikirləşməyə vaxtınız var, axı bir andaca çürümüş mifləri indi yenisi ilə əvəz etməlisiniz…

Sonda, bir haldakı ölkələrimiz növbəti atəşkəs barədə razılığa gəliblər, sizdən az qala doğma bir adam kimi, kiçicik xahiş: zəhmət olmasa, öz əlaltılarınıza – infuzoriyalar üzrə mütəxəssisə, mikrobioloq Şavarş Koçaryana, Bakının ən yüksək zirvəsində olmaq arzusu ürəyində qalan “bayraqdar” David Babayana və digər “miatsum nəzəriyyəçilərinə” deyin ki, bundan sonra heç vaxt münaqişənin bərabərhüquqlu tərəfi kimi “Dağlıq Qarabağ Respublikası”ndan söz açmasınlar. Altında Samvel Babayanın imzası olan 22 illik kağızı isə gözdən iraq bir yerlərində gizləsinlər. “Dağlıq Qarabağın müdafiə ordusu” haqqında da, zəhmət olmazsa, daha bir kəlmə işlətməyin. Ya da heç olmasa Artsrun Ovanissyana tapşırın, rəhbərlik etdiyi idarə məhv edilmiş erməni hərbi qulluqçularının siyahısını açıqlayarkən, bundan sonra onların yaşayış yerlərini qeyd etməsin. Axı sonra xoruzun quyruğu görünür, məlum olur ki, “regionda ən döyüşkən” “Artsax ordusu”da qulluq etmək üçün “Dağlıq Qarabağ Respublikası”nda gündüz çıraqla da adam tapmaq olmur. “Ordu”dakı əsgərlərin hamısı Ermənistan sakinləridir!

Hərçənd istisna etmirik ki, “artsaxlılar” o qədər dahidirlər ki, dünya erməni icması Ermənistan sakinlərini önə verərək sadəcə “öz genofond”unu qoruyur. (Azərtac)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyəyə aparılan aşıqla bağlı həkimlərin SON QƏRARI

Next Post

ABŞ konqresmeni Ermənistanı sərt tənqid etdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

ABŞ konqresmeni Ermənistanı sərt tənqid etdi

Misir səhrasında UNO izləri tapıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.