"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Başkəsən separatçı”nı Londona kim aparıb? – FOTOLAR

09 İyul 2015 - 15:02
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Özünü qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” elan etmiş Bako Saakyan Böyük Britaniya parlamentində olub və deputatlar qarşısında çıxış edib.
ANS PRESS-in məlumatına görə, o, ötən gündən başlayan səfəri çərçivəsində baş tutan çıxışında Dağlıq Qarabağın sanki qurucusu kimi danışıb, oradakı ictimai vəziyyətdən, Xankəndinin iqtisadiyyat və tikinti sahəsindəki inkişafından söz açıb.
B.Saakyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına da toxunub və deputatların suallarını cavablandırıb və bir növ yaltaqlanaraq yalan məlumatlarını ingilislərə soxuşdurub.
O, vurğulayıb ki, beynəlxalq siyasətdə nüfuzlu dövlət, demokratiyanın və Avropa sivilizasiyasının beşiyi kimi tanınan Böyük Britaniyanın Dağlıq Qarabağla münasibət qurması çox vacibdir.
Böyük Britaniya parlamentinin iclası 
O, parlament üzvlərinə xoş gəlmək üçün dəridən-qabıqdan çıxaraq yaltaqlanıb ki, biz Birləşmiş Krallıq ilə xüsusi münasibətlərin yaradılmasını istəyirik. Dağlıq Qarabağ parlament əlaqələrinin dərinləşməsində və elm, təhsil və humanitar sahələrdə Böyük Britaniya ilə əlaqələrin inkişafında maraqlıyıq.
Serj Sarkisyan və Bako Saakyan
B.Saakyanın sözlərinə görə, ilk növbədə, bizdə belə optimizm əhval-ruhiyyəsini yaradan Böyük Britaniya parlamentində Qarabağ və erməni xalqlarının səmimi və sadiq dostlarıdır.
Hətta görüşdə Böyük Britaniyanın və Şimali İrlandiya Birləşmiş Krallığının Ermənistandakı səfiri Armen Sarkisyan və başqa vəzifəli şəxslər də iştirak ediblər.
Azərbaycanın Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı mövqeyini açıqlayıb. XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ANS PRESS-ə bildirib ki, özünü qondarma Dağlıq Qarabağ Respublikasının rəhbər şəxsləri kimi təqdim edən insanların heç bir hüquqi status daşımır. Onların Avropaya səfərləri yalnız turistik xarakteri daşıyır.
Hikmət Hacıyev: “Bako Saakyan hökümət səviyyəsində qarşılanmır”
O, deyib: “Bako Saakyanın da Böyük Britaniyaya səfəri rəsmi xarakter daşımır. Yalnız hansısa turist şirkəti vasitəsilə səfərə gedib. Getdikləri ölkələrdə isə dövlət və hökümət səviyyəsində qarşılanmır və heç bir görüş keçirilmir.”
Milli Məclisin deputatı Fazil Qəzənfəroğlu isə məsələyə fərqli yanaşır. Onun fikrincə, Azərbaycan qondarma rejim nümayəndələrini qəbul edən ölkələrlə iqtisadi və siyasi münasibətlərə yenidən baxılma məsələsini gündəmə gətirə bilər. Amma təəssüf ki, biz bu məsələdə gecikirik.
Fazil Mustafa: “Britaniyaya nota verilməlidir”
O, deyib: “Bəzi Avropa ölkələrinin belə səfərlərə şərait yaratmaqla onlar Bako Saakyanlara gizli simpatiyalarini ortaya qoyurlar. Azərərbaycan Xarici İşlər Naziriliyi bu səfərlərlə baglı mütləq həmin ölkələrə nota verməlidir.”
Maraqlıdır, məgər Böyük Britaniya kimi ölkənin parlamentinə getmək, ora ilə tanış olmaq, hətta deputatlar qarşısında çıxış etmək o qədərmi asandır ki, bunu heç kim tərəfindən tanınmayan bir erməni qulduru həyata keçirir?!
Demək ki, Azərbaycanın rəsmi şəxslərinin bu məsələ ilə bağlı ciddi məşğul olması, ən azından İngiltərənin Xarici İşlər Nazirliyinə etiraz məktubu ilə müraciət edərək, yaxud bu ölkənin Bakıdakı səfirini çağırıb bu məsələ ilə bağlı rəsmi izahat istəmələri daha yaxşı olmazmı?!. Yəqin ki, bu ediləcək.
Zənnimizcə, qondarma Dağlıq Qarabağ Respublikası adı ilə orda-burda gəzənlərə dərs verməyin vaxtı çoxdan çatıb.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

12 partiyanın qeydiyyatı ləğv oluna bilər

Next Post

Luqanskda keçmiş azərbaycanlı deputat avtomobilində partladılaraq öldürülüb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Luqanskda keçmiş azərbaycanlı deputat avtomobilində partladılaraq öldürülüb

Azərbaycanlı gəncin layihəsinə 2.5 milyon avro qiymət qoyuldu - Fotolar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.