"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Başqa kişilər, söyülən gəlin və qayınatanın dəhşətli ölümü…

14 Sentyabr 2014 - 19:00
in HADİSƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan, 1984-cü il təvəllüdlü56078 Bakı şəhər sakini İlqar Qabil oğlu Quliyevin məhkəmə istintaqı yekunlaşıb.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, prosesə hakim Əlisultan Osmanov sədlik edib.

Məhkəmə yolu ilə müəyyən edilib ki, təqsirləndirilən şəxs bacısı Sevinc Quliyevanın öz qayınatası Nazim Məlik tərəfindən dəfələrlə söyülüb təhqir edilməsinə, azyaşlı uşağı ilə birgə evi tərk etməyə məcbur olmasına görə ondan qisas almaq qərarına gəlib.  Bu məqsədlə 16 avqust, 2013-cü ildə evdən bıçaq götürərək Nazim Məlikin yaşadığı ünvana yollanıb, onu küçəyə çağıraraq mübahisə etməyə başlayıb. Mübahisə zamanı bıçaqla Nazimə bir neçə dəfə zərbə endirib. Yaralı aldığı xəsarətdən dünyasını dəyişib.

Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən İ.Quliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində bacısı Sevincin 2004-cü qonşuluqda yaşayan Taleh adlı oğlanla ailə həyatı qurduğunu, birgə nikahdan bir övladının dünyaya gəldiyini göstərib: “Bacım gəlin köçəndən təxminən bir il sonra onun qayınatası Nazimlə münasibətimiz korlanmışdı.  Belə ki, Nazim heç bir səbəb olmadan dünyasını dəyişmiş atamın və Sevincin ünvanına nalayiq söyüşlər söyürdü. Bu barədə Sevinc özü anama və mənə deyirdi. Hər dəfə də ona səbrli olmağı məsləhət görür, hər şeyin yaxşı olacağını deyirdik.

Hətta bir neçə dəfə Nazimin yanına gedib mərhum atamı söyməsinin, Sevinci incitməsinin səbəbini də soruşmuşdum. Nazimsə atamı söymədiyini, bacımı incitmədiyini deyirdi. Buna baxmayaraq Sevinci ailəsinin dağılmaması üçün Nazimdən üzr istəməyə razı salmışdım.

2013-cü il, avqustun 15-də bacımın həyat yoldaşı Taleh zəng vurub mənimlə görüşmək istədiyini dedi. Həmin gün Talehlə 28 saylı məktəbin yanında görüşdük. Taleh mənə Sevincin uşağı ilə birlikdə beş gündür evdən qaçıb qohumlarının evində qaldığını dedi. Ona “bacımı bu qədər incitməsəydiniz, o da qaçmazdı” dedim. Ondan aralanıb evə gəldim, Sevincə zəng vurub harada olduğunu xəbər aldım. Sevinc konkret hansı qohumumuzun evində olduğunu demədi. Qayınatasının onu çox incitdiyinə görə boşanmaq üçün məhkəməyə müraciət edəcəyini söylədi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Sevincin əri ilə aralarındakı mübahisə onların övladı dünyaya gələndən sonra başlayıb: “Bacım bu mübahisənin səbəbinin qayınatasının onunla yaxşı rəftar etməməsi ilə əlaqələndirirdi. Elə buna görə də evi tərk etmişdi. Hadisə baş berən gün Nazimi öldürmək məqsədilə mətbəxdən bıçaq götürüb onlara yollandım. Qapıya çatanda zəng vurub bayıra çağırdım və əl verib görüşdüm. Sonrasa “xəbərin var ki, bacım beş gündür evdən qaçıb gedib” deyərək bıçaqla qarın nahiyəsindən bir dəfə zərbə vurdum. Qaçıb darvazadan içəri girmək istəyəndə növbəti zərbəni belindən endirdim. Nazim darvazadan içəri girdi, mənsə evə gəldim. Evə gələndən sonra anama və kiçik bacıma Nazimi vurduğumu dedim. Sonrasa onlarla sağollaşıb Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə getdim. Törətdiyim cinayəti etiraf etdim.

Hadisənin bu cür olmasını heç vaxt arzu etməmişəm, bacımın ailəsinin dağılmasını istəməmişəm. Bu hadisənin baş verməsinə səbəb bacıma qarşı edilən haqsız hərəkətlər olub. Bacımın əri ilə arasındakı mübahisənin guya onun başqa adamlarla danışması səbəbindən baş verdiyini eşitməmişəm. Bacım namuslu qadın olub. Onun heç bir halda öz qeyrətinə xələl gətirə biləcək hərəkətlərə yol verməsinə inanmıram”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Fazil Məmmədov məhkəməyə verdiyi ifadəsində mərhum qardaşı Nazimlə eyni həyətdə yaşadıqlarını göstərib: “Nazim mənim yaşadığım ünvanda iki hissəyə bölünmüş ayrıca həyətdə ailəsi ilə yaşayırdı. Nazimin arvadı 2013-cü ilin yanvarında rəhmətə getmişdi. Bundan sonra Nazim Sevil adlı qadınla birlikdə yaşamağa başlamışdı.

Talehlə Sevincin münasibətləri təxminən bir-iki il əvvəl pisləşmişdi. Buna səbəb isə taksi sürücüsü işləyən Talehin gəlirinin az, dolanışqlarının zəif olması idi. Hətta Sevinc Talehlə bir yerdə yaşamaq istəmirdi.

Səhər saat 9 radələrində Nazimin arvadı Sevilin qışqırıq səsinə oyanıb cəld həyətə qaçdım. Nazim qan içərisində yerdə uzanmışdı. Tez maşına qoyub xəstəxanaya apardıq. Lakin qardaşım yolda öldü.

Sevincin gecə uşağını da götürüb qaçmasından xəbərim olmayıb. Onun başqa kişilərlə danışdığını ailə içi gedən söhbətlərdən eşitmişdim”.

Şahid qismində dindirilən Taleh Məmmədov ifadəsində bildirib ki, arvadı Sevinclə münasibətlərinin pozulmasına səbəb onun başqa kişilərlə telefonla danışması olub: “Dəfələrlə Sevinci başqa kişilərlə telefonda danışan görmüşdüm. Kiminlə danışdığını soruşanda mənə deyirdi ki, səhv düşüblər. Sevincin hərəkətləri barədə nə qardaşı İlqara, nə də ailəsinə məlumat verməmişdim. Mənim ailə üzvlərim bu barədə sonradan xəbər tutdular.

Avqustun 5-də gecə evə gələndə gördüm ki, Sevinc oğlumu da götürüb evdən gedib. Hara getməsi barədə məlumatım olmayıb. Qaynım İlqara zəng vurub dedim ki, bacın gecə ikən evdən qaçıb, bütün qohumların evini axtarmışam, yoxdur, polisə məlumat vermək istəyirəm. O da cavabında “polisə deməyə ehtiyac yoxdur, özüm taparam” dedi.

Bu söhbətdən bir gün sonra səhər tezdən evdəkilərin səsinə oyandım. Həyətə düşəndə atamın qan içində yerdə uzandığını gördüm. Atam mənə Sevincin qardaşı İlqarın onu bıçaqla vurduğunu dedi”.

Şahid qismində dindirilən Sevinc Quliyeva ifadəsində göstərib ki, son illər ailəsindəki gərginliyə səbəb maddi sıxıntı içərisində yaşamaqları olub: “Talehlə münasibətlərimiz pisləşmişdi. Bir yandan da Nazim atamı, məni söyürdü. Artıq bu haqsızlıqlara dözə bilmirdim.

Hadisədən bir müddət əvvəl oğlumu da özümlə götürüb evi tərk etdim. Binəqədidə mənzil kirayələyib yaxınlıqdakı kafedə aşpaz işləməyə başladım.  Avqustun 15-də qardaşım zəng vurub “haradasan, evi niyə tərk eləmisən, boyumuzu yerə soxdun” dedi . Bu sözdən sonra telefonu söndürdüm. Bir daha ailə üzvlərimlə, həyat yoldaşımla əlaqə saxlamadım, telefon nömrəmi də dəyişdim. Prokurorluğa dəvət olunanda qardaşım İlqarın qayınatam Nazimi qətlə yetirildiyini bildim”.

Məhkəmənin hökmü ilə İlqar Quliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Feysbuk – Azərbaycanda lideri

Next Post

“Qanuni oğru”ya sui-qəsd: 1 ölü, 4 yaralı – (Video)

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post

“Qanuni oğru”ya sui-qəsd: 1 ölü, 4 yaralı - (Video)

Fransa prezidentinin pasportu “Twitter”də gülüş hədəfinə çevrildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.