“Bavariya”nın kapitanı Manuel Noyer klubla müqavilə müddətini yeniləyəcək.
Bu proses tezliklə rəsmiləşəcək.
Tərəflər arasında danışıqlar başa çatmaq üzrədir. 35 yaşlı qolkiper karyerasını Münhen klubunda bitirmək arzusundadır. O, 2023-cü ilin yayına qədər olan müqaviləsini ən azı 2 illik uzatmaq niyyətindədir. Almaniya millisinin üzvünün ilin sonuna anlaşmaya qol çəkməsi gözlənilir.
Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən “Bavariya”nın formasını geyinir.





