“Bavariya” yarımmüdafiəçisi Kinqsli Komanın xidmətindən yenidən məhrum olub.
Buna səbəb 25 yaşlı futbolçunun zədələnməsidir.
“Ştutqart”la son matçda (5:0) sağ ayağından xəsarət alan Fransa millisinin üzvü münhenlilərin ilin son qarşılaşmasında iştirak edə bilməyəcək. Bundesliqa çempionu dekabrın 17-də XVII tur çərçivəsində evdə keçiriləcək həmin görüşdə “Volfsburq”la üz-üzə gələcək.
Qeyd edək ki, Kinqsli Komanda cari mövsüm Bundesliqada meydana çıxdığı 10 oyunda 4 qol vurub.





