"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

BAXCP Ali Məclisinin iclası keçirilib

16 May 2016 - 16:21
in CƏMİYYƏT

<font color=red><b>BAXCP Ali Məclisinin iclası keçirilib</b></font>

Yaşar Kələntərli Ali Məclisin sədri seçilib

BAXCP-nin İcra Aparatı haqqında əsasnaməsinə dəyişiklik edilib, Ali Məclsin yeni komitələri yaradılıb
Mayın 14-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib.
Ali Məclis öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin ifası və şəhidlərin xatirəsinin anılması ilə başlayıb.
Ali Məclis öncə təşkilatı məsələləri müzakirə edib. Təşkilati məsələlər çərçivəsində BAXCP Ali Məclisinin sədri postuna seçki keçirilib. Ali Məclisin qərarına əsasən açıq səsvermə yolu ilə keçirilən seçkidə Yaşar Kələntərli BAXCP Ali Məclsinin sədri seçilib.
Ali Məclis sədrinin seçkisindən sonra, BAXCP Nizamnaməsinin tələblərinə uyğun olaraq, partiya sədrinin İcra Aparatı haqqında Əsasnaməyə müvafiq düzəlişlərin edilməsi ilə bağlı təqdimatına baxılıb və yekdilliklə qəbul edilib.
Düzəlişlərə əsasən, BAXCP-nin İcra Aparatı haqqında Əsasnaməsinin III bəndindən (İcra Aparatının strukturu) “BAXCP-nin İctimai-siyasi əlaqələr üzrə katibi”, “BAXCP-nin İdeoloji və təbliğat işləri üzrə katibi”, “BAXCP-nin Humanitar məsələlər üzrə katibi”, “BAXCP-nin Elm və Təhsil məsələləri üzrə katibi”, “BAXCP-nin Dünya Azərbaycanlıları və türk dünyası ilə əlaqələr üzrə katibi”, “Qadınlarla iş şöbəsi” və “Gənclərlə iş şöbəsi” sözləri çıxarılıb.
Daha sonra BAXCP-nin İcra Aparatı haqqında Əsasnaməsinə edilən dəyişikliklərə uyğun olaraq, müvafiq sahələrə rəhbərlik edən katiblər partiya sədrinin təqdimatı ilə tutduqları vəzifələrdən azad ediliblər.
Qeyd edək ki, İcra Aparatı haqqında Əsasnaməyə edilən dəyişikliklər, BAXCP-nin parlamentli respublika idarəçilik sistemini təşviq etməsi ilə bağlıdır.
Ali Məclisin müzakirəsinə çıxarılan növbəti məsələ qurumun komitələrinin yenidən yaradılması və formalaşdırılması ilə bağlı olub. Aparılan müzakirələr nəticəsində Ali Məclisin Qarabağ, İctimai-siyasi qurumlarla iş, Sosial siyasət, Səhiyyə, Elm və təhsil, İqtisadi siyasət, Ailə, qadın və uşaq məsələləri və Gənclərlə iş komitələrinin yaradılması ilə bağlı təkliflər səsə qoyulub və qəbul edilib.
Daha sonra Ali Məclisin komitə sədrlərinin seçilməsi ilə bağlı məsələyə baxılıb.
Ali Məclisin qərarına əsasən, Faiq İsmayılov Qarabağ komitəsinin, Niyaməddin Orduxanlı İctimai-siyasi qurumlarla iş komitənin, Telman Siyabov Sosial siyasət komitəsinin, Dünyamalı İmaməliyev Səhiyyə komitəsinin, Vaqif Abışov Elm və təhsil komitəsinin, Mahir Zeynalov isə İqtisadi siyasət komitəsinin sədrləri seçiliblər.
Təşkilati məsələlərdən sonra, ictimai-siyasi vəziyyətlə bağlı məsələnin müzakirəsinə başlanılıb.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Qüdrət Həsənquliyev: “Danışıqlar forpost İrəvanla deyil, Moskva ilə aparılmalıdır”

Məsələ ilə bağlı çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı yaranmış vəziyyəti şərh edib. Ermənistanın təxribatlarına qarşı Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar zamanı şəhid olan əsgər və zabitlərimizi sayğıyla andığını bildirən BAXCP sədri onların fədakarlığı nəticəsində əldə olunan kiçik qələbənin ölkəmiz və xalqımız üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Rusiyanın münaqişədə tərəf olduğunu bir daha önə çəkən Qüdrət Həsənquliyev Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı danışıqların məhz bu ölkə ilə aparılmasının vacibliyini qeyd edib: “Biz uzun illərdir ki, Rusiyanın münaqişədə tərəf olduğunu, danışıqların da forpost İrəvanla deyil, Moskva ilə aparılmalı olduğunu deyirik. Vaxtilə bizi buna görə ittiham edənlərin əhəmiyyətli hissəsi artıq reallıqları dərk etməyə başlayıblar. Onlar bizim kimi Rusiyanın münaqişədə tərəf olduğunu açıq şəkildə dilə gətirməsələr də Qarabağla bağlı müzakirələrin məhz bu ölkə ilə aparılması barədə danışmağa başlayıblar. Bu da müəyyən bir irəliləyişdir. Lakin bir neçə il öncə Rusiyanın həyata keçirmək istədiyi hakimiyyət dəyişikliyi layihəsində iştirak edənlər, Moskvanın “Milli Şura” adlı antimilli çətirinin altında daldalananlar hələ də bizi Rusiyapərəstlikdə ittiham edirlər. Amma Rusiyanın münaqişədə tərəf olduğunu deməkdən qorxurlar. Onların “qəhrəmanlığı” “Milli Şura”nın Moskvada cızılmış sərhədlərinə qədərdir. Biz isə hər zaman olduğu kimi xalqımızla səmimi danışırıq, həqiqəti deyirik və real vəziyyəti izah edirik”.
Partiyanın İcra Aparatı haqqında Əsasnaməsinə düzəlişlərin edilməsi və Ali Məclisin yeni komitələrinin yaradılması ilə bağlı məsələyə toxunan BAXCP sədri bu addımın partiya quruculuğunda seçkili orqanların rolunun artırılması ilə bağlı olduğunu bildirib: “Bildiyimiz kimi BAXCP yarandığı gündən bəri Azərbaycanın parlamentli respublikaya keçid etməsinin vacibliyini önə çəkir. Məhz buna görə də, Nizamnamənin verdiyi imkanlar çərçivəsində partiya idarəçiliyi sahəsində müvafiq islahatların aparılmasını məqsədəuyğun saydıq. Dəyişikliklərə özümüzdən başlamaqla prinsiplərimizə sadiq olduğumuzu bir daha nümayiş etdirdik. Ali Məclisin yeni sədrini və yeni yaradılmış komitələrin sədrlərini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram”.
BAXCP sədrinin çıxışından sonra ictimai-siyasi vəziyyət və cari məsələlərlə bağlı müzakirlər davam etdirilib. BAXCP-nin təşkilat işləri üzrə katibi Banyamin Qəmbərli, beynəlxalq məsələlər üzrə katib Elçin Mirzəbəyli və digər şəxslər partiya quruculuğu ilə bağlı təkliflərini səsləndiriblər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ruslar Krımdan üz çevirdi: Azərbaycana axın başlayır

Next Post

Camalə ermənidirmi: Üzə çıxan faktlar

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Camalə ermənidirmi: Üzə çıxan faktlar

Niyaməddin Orduxanlı: "4 rayonda gənclərin işsizlik vəziyyəti ilə bağlı monitorinq keçirəcək "

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.