"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

BAXCP İdarə Heyəti irqçiliyi və terroru lənətləyir

17 Noyabr 2015 - 10:26
in XƏBƏR LENTİ

<font color=red><b>BAXCP İdarə Heyəti irqçiliyi və terroru lənətləyir</b></font>

“Azərbaycan türklərinin aşağılanması fars rejiminin siyasi dünyagörüşünün və mənəviyyatının məhz tualetdə formalaşdığından xəbər verir”

“Terrorizmə münasibətdə ikili standartların tətbiqinə son qoyulmalı və daha genişmiqyaslı tədbirlər həyata keçirilməlidir”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda İranın dövlət televiziyasında Güney Azərbaycan türklərinin təhqir olunması və Fransada baş verən terror aksiyaları ilə bağlı məsələlər müzakirəyə çıxarılıb. Gündəlikdə duran məsələlərin müzakirəsindən öncə BAXCP sədri Qüdrət Həsənquliyev Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Tunisdə keçirilən zirvə toplantısı və toplantı çərçivəsində partiyanın bu qurumun tamhüquqlu üzvlüyünə qəbul olunması ilə bağlı ətraflı məlumat verib.
Daha sonra İRİB TV-2 kanalında yayımlanan “Fitilieh” (fitil) komediya proqramında Azərbaycan türklərinin təhqir olunması və buna etiraz edən Güney Azərbaycan türklərinə qarşı öz şovinist mahiyyətini din pərdəsi altında gizlətməyə çalışan fars rejiminin həyata keçirdiyi repressiyalarla bağlı müzakirə aparılıb. BAXCP İdarə Heyəti beynəlxalq ictimaiyyəti İran adlanan dövlətdə çoxluq təşkil edən Azərbaycan türklərinə qarşı ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən, rejimin murdar mahiyyətindən qaynaqlanan siyasətə diqqət yetirməyə, Güney Azərbaycan türklərinin milli-mədəni və konstitusuon hüquqlarının təmin edilməsi üçün rəsmi Tehrana təzyiq göstərməyə çağırıb: “Fars rejiminin ideoloji ruporu olan mətbuat orqanlarında və telekanallarda bütöv bir millətin təhqir olunması, aşağılanması, onların konstitusion hüquqlarının tapdalanması adi hala çevrilib. Azərbaycan türklərinin öncə bu ölkənin rəsmi dövlət qəzetində tualet böcəyi ilə müqayisə olunmaları, daha sonra isə İRİB TV-2 kanalında yayımlanan komediya proqramında onların diş fırçası ilə “tualet fırçası”nı səhv sala biləcək qədər gerilikçi bir toplum olduqlarına işarə edən səhnəciyin nümayiş etdirilməsi fars rejiminin siyasi dünyagörüşünün və mənəviyyatının məhz tualetdə formalaşdığından xəbər verir”.
BAXCP İdarə Heyəti hesab edir ki, İran adlanan dövlətin neonasist rejimi öz natamamlıq komplekslərini və iyrənc mənəviyyatını başqalarını məsxərəyə qoymaqla, aşağılamaqla unutdurmağa çalışır: “BAXCP fars rejiminin yürütdüyü əxlaqsız və anti-humanist siyasəti qətiyyətlə pisləyir, beynəlxalq birliyi Güney Azərbaycan türklərinin haqlı etirazlarına dəstək verməyə çağırır”.
BAXCP İdarə Heyəti Parişdə həyata keçirilən və çoxsaylı insan tələfatına səbəb olan terror aksiyalarına da münasibət bildirib. Bununla bağlı qəbul olunan açıqlamada Azərbaycan xalqının uzun illər boyu erməni terrorizmindən əziyyət çəkdiyi və bu səbəbdən də Fransa xalqının üzüntüsünü daha dərindən anladığı vurğulanır: “Terrorizmə münasibətdə ikili standartların tətbiqi bu gün bəşəriyyəti daha genişmiqyası faciələrlə qarşı-qarşıya qoyub. Erməni terrorçularının vaxtilə türk və fransız diplomatlarına qarşı gerçəkləşdirdikləri qanlı aksiyalara, daha sonra isə Azərbaycanda həyata keçirdikləri amansız terror aktlarına münasibətdə susqunluq və laqeyidliyin nümayiş etdirilməsi bu anti-insani əməlin sərhədlərinin daha da genişlənməsinə imkan yaradıb.
BAXCP hesab edir ki, terrorizmə münasibətdə ikili standartların tətbiqinə son qoyulmalı və daha genişmiqyaslı tədbirlər həyata keçirilməlidir: “Terrorizmi qətiyyətlə pisləyir, baş vermiş faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərdoğana cavab: “Good, very good”

Next Post

İrəvan təşvişdə: Rusiyadan sonra Minsk qrupu da Qarabağı tələb edir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İrəvan təşvişdə: Rusiyadan sonra Minsk qrupu da Qarabağı tələb edir

Ədliyyə Nazirliyi Razi Nurullayevin sədri olduğu AXCP-nin sənədlərini geri qaytarmayıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.