"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

BAXCP sədrindən bayram təbriki

19 Mart 2022 - 23:02
in MANŞET

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. BAXCP sədrinin bayram təbriki ilə bağlı müraciətində deyilir:

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Əziz həmvətənlər,

Sizi Novruz bayramı münasibətilə təbrik edirəm.

Milli adət-ənənələrimizin, xalqımızın folklor və etnoqrafiya elementlərinin böyük bir hissəsini özündə cəmləşdirən, xalqımızın fəlsəfi dünyagörüşünün, Tanrıya, kainata, təbiətə, isanlara bütöv münasibətinin göstəricisi olan Novruz təkcə türk etnosunun, eləcə də bir sıra Şərq xalqlarının deyil, bütövlükdə bəşəriyyətin ən mükkəmməl və ən qədim bayramıdır. Dünya xalqlarında Novruz qədər təbiətlə həmahəng olan, bəşəriyyətin yarandığı gündən bəri onun suya, küləyə, oda, torpağa olan əzəli münasibətini əks etdirən, insana təbiətin bir parçası olduğunu xatırladan ikinci bir bayram yoxdur. Bütün bunlar isə xalqımızın nə qədər qədim və böyük tarixə, mədəniyyətə, dünyagörüşünə sahib olmasının bariz nümunəsidir. Azərbaycan xalqı qədim olduğu qədər də gəncdir, müasirdir, daim yeniləşməyi bacarandır. Bu amil özünü tarixin bütün dövrlərində, milli adət-ənənələrimizdə, inanclarımızda, təfəkkürümüzdə, məişətimizdə də büruzə verib.

Əziz həmvətənlər,

Geridə qalan 2 il ərzində hər birimizin və təbii ki, ayrılmaz parçası olduğumuz Vətənimizin, bütövlükdə isə bütün bəşəriyyətin həyatında gələcəyimizin, sabahımızın mənzərəsini müəyyənləşdirən çoxsaylı dəyişikliklər baş verib. COVİD-19 pandemiyasının gətirdiyi məhdudiyyətlərdən, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin qarışıq duyğularından – kədərdən, ağrıdan, sevinc və qürurdan keçmişik. Bərqərar etdiyimiz tarixi ədalətə qarşı, az qala bütün dünyanı yanına alaraq savaş açan şərin qarşısında səbrimizlə, əzmimizlə duruş gətirməyi, bir zamanlar bizə əlçatmaz görünən maneələri aşmağı bacarmışıq. Şübhə etmirəm ki, bizi tarixin bütün sınaqlarından üzüağ çıxaran milli birliyimiz, Vətənə təmənnasız sevgimiz və sədaqətimiz, sarsılmaz iradəmiz sayəsində qarşımızdakı bütün maneələri aşacaq, üçrəngli müqəddəs bayrağımızı ana südü kimi halalımız olan Xankəndi də daxil bütün yurd yerlərmizin ən uca zirvələrində dalğalandıracağıq.

Bayramınız mübarək, əziz həmvətənlər! Süfrəniz ruzi-bərəkətli, ocağınız isti, eviniz abad, işiniz avand, canınız sağ olsun! Tanrı Azərbaycanı qorusun!”

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu gün idmançılarımız beynəlxalq yarışlarda qalib gəlmiş müzəffər xalqı təmsil edir

Next Post

Azərbaycan Prezidenti Novruzla bağlı paylaşım edib

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Ağdam üzrə Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam ləğv edilib

Azərbaycan Prezidenti Novruzla bağlı paylaşım edib

“Azercell” Novruz kampaniyasına start verib

“Azercell” Novruz kampaniyasına start verib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.