ABŞ prezidenti Co Bayden Miçiqan ştatında avtomobil işçilərinin tətilində iştirak edib. Onun qısa çıxışı “C-SPAN” kanalında yayımlanıb.
Elchi.az bu barədə CNN.com-a istinadən bildirir.
UAW (ABŞ-ın Birləşmiş Avtomobil İşçiləri) həmkarlar ittifaqının rəhbəri Sean Fein Baydeni tətilə qoşulmağa dəvət edib: “Siz ciddi artıma layiqsiniz. Çoxları ölkəmizi Uoll-stritin qurduğunu deyir. Ölkəni orta təbəqə və həmkarlar ittifaqı qurdu. Bu faktdır”, – deyə Bayden bildirib.
Seçkiqabağı yarışda iştirakını açıqlayan Vaşinqton administrasiyasının keçmiş rəhbəri Donald Tramp Detroitdə UAW üzvləri qarşısında çıxış etməyi planlaşdırır. İkinci dəfə o, respublikaçı namizədlərin ölkə prezidenti vəzifəsinə çərşənbə gününə təyin edilmiş debatında iştirakdan imtina edib.
Detroitdə 19 minə yaxın işçi istehsalı dayandırıb və avtomobil istehsalçısından maaşların, müavinətlərin artırılması, pensiya planlarının yaxşılaşdırılması və digər şərtlər tələb edərək tətilə başlayıb. Bundan əvvəl Amerikanın bir neçə avtomobil nəhənginin işçilərini birləşdirən həmkarlar ittifaqının nümayəndələri, işçilərin iş şəraiti ilə bağlı şirkətlərlə razılığa gəlmək mümkün olmasa, bu il kütləvi tətilin keçirilə biləcəyini açıqlamışdı. Bu isə ölkəni ciddi iqtisadi ziyanla hədələyir.
Yeganə




