ABŞ prezidenti Co Baydenin sentyabrın 4-7-də Cakartada keçiriləcək Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının sammitində iştirak etməyəcəyi ehtimalı azdır. Elchi.az bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayır.
Bir neçə “ASEAN” diplomatı bildirib ki, Bayden Cakarta səfərini ləğv edərsə, bu, Asiyadakı tərəfdaşlar üçün böyük məyusluq olacaq, çünki onun administrasiyası regionla əlaqələrin vacibliyini vurğulayır.
Bir mənbə qeyd edib ki, İndoneziya adətən noyabr ayında keçirilən “ASEAN” sammitini sentyabr ayına təyin edib ki, Bayden tədbirdə iştirak etsin.
Bundan əvvəl ABŞ prezidentinin oktyabrda Avstraliyanın baş naziri Entoni Albanese ilə görüşəcəyi barədə məlumatlar yayılıb. Ölkələrin liderləri təhlükəsizlik məsələləri, iqlim dəyişikliyi və enerji təchizatını müzakirə edəcəklər. Qeyd edək ki, görüş Çinin regionda fəallığının artması fonunda baş tutacaq.
Havar Şəfiyeva






