ABŞ prezidenti Co Bayden orduya Avropadakı əməliyyatları dəstəkləmək üçün 3000 ehtiyat əsgəri çağırmaq səlahiyyəti verib. Elchi.az bu barədə “Politico”ya istinadən xəbər verir.
Qeyd olunur ki, ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostinin yaxın vaxtlarda bu ehtiyatda olan hərbçiləri yerləşdirməyi planlaşdırıb-gətirmədiyi tam məlum deyil. Lakin bu addım onu göstərir ki, ABŞ ordusunun Avropadakı təlim missiyası, eləcə də işğaldan sonra bir neçə yeni briqadanın yerləşdirilməsi canlı qüvvənin azalmasına səbəb olub.
ABŞ Avropa Komandanlığının sözçüsü Kapitan Bill Speaksin sözlərinə görə, belə bir qərar Avropa hərbi komandanlığına qitəni qorumaq üçün daha çox çeviklik verir, lakin Avropadakı qüvvələrin faktiki ölçüsünü dəyişməyəcək.
Prezidentin sərəncamı həmçinin, ilk dəfə olaraq, ABŞ-ın Avropada apardığı Atlantic Resolve əməliyyatını fövqəladə əməliyyat kimi müəyyən edir, Pentaqona ehtiyat qüvvələrdən istifadə etməyə və bu qoşunları avadanlıqla təchiz etmək üçün sürətləndirilmiş satınalma səlahiyyətindən istifadə etməyə imkan verir.
Bundan əvvəl istefada olan amerikalı kəşfiyyatçı Skott Ritter Ukraynadakı münaqişədə iştirak edəcəyi təqdirdə ABŞ ordusunun məğlub olacağını bildirib.
Havar Şəfiyeva





