Çinə rəsmi səfər edən ABŞ dövlət katibi Antoni Blinkenin təmaslarını dəyərləndirən prezident Bayden, “Blinken çox yaxşı iş gördü. Bu səfərlə Çinlə əlaqələr inkişaf etdi”,-deyib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Çinə rəsmi səfər edən dövlət katibi Antoni Blinkenin “çox yaxşı iş gördüyünü” deyib.
Bayden iqlim dəyişikliyi ilə mübarizə siyasətini müzakirə edəcəyi Kaliforniya ştatının Palo Alto şəhərində jurnalistlərin suallarını cavablandırıb.
Pekində olan xarici işlər naziri Antoni Blinkenlə görüşüb-görüşmədiyini soruşduqda Bayden onunla milli təhlükəsizlik müşaviri Ceyk Sullivan vasitəsilə əlaqə saxladığını bildirib.
“(Blinken) əla iş gördü.” Bayden bu kontekstdə doğru yolda olduqlarını və Blinkenin səfəri ilə Çinlə əlaqələrdə irəliləyiş əldə edildiyini vurğulayıb.
Nuranə Məmmədova




