ABŞ prezidenti Bayden HƏMAS-ın İsrailə qarşı hücumlarında ən azı 11 ABŞ vətəndaşının həyatını itirdiyini açıqlayıb. “Hələ də təsdiq etməyə çalışsaq da, HƏMAS tərəfindən girov götürülənlər arasında Amerika vətəndaşlarının ola biləcəyinə inanırıq”, – Bayden deyib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden , HƏMAS -ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının İsrailə qarşı təşkil etdiyi hücumlarda ən azı 11 ABŞ vətəndaşının həyatını itirdiyini açıqlayıb.
Mövzu ilə bağlı verdiyi yazılı açıqlamada Bayden bu həftə sonu “İsrailə qarşı dəhşətli terror hücumu”nda yüzlərlə günahsız mülki şəxsin həlak olduğunu və bu insanlar arasında ən az 11 ABŞ vətəndaşının olduğunu bildirib.
Sayısını dəqiqləşdirmədiyi bəzi ABŞ vətəndaşlarının hələ də itkin olduğunu bildirən Bayden, bu şəxslərin harada olduğu barədə məlumat almaq üçün İsrail rəsmiləri ilə birlikdə çalışdıqlarını bildirib.
Bayden, ABŞ vətəndaşlarının ölkə daxilində və xaricdəki təhlükəsizliyinin onun prioritetləri arasında olduğunu vurğulayaraq, “Hələ təsdiq etməyə çalışsaq da, Amerika vətəndaşlarının Həmas tərəfindən girov götürülənlər arasında ola biləcəyinə inanırıq”-deyib.
Komandasını “girov böhranı”nın hər aspektində İsrail rəsmiləri ilə işləməyə istiqamətləndirdiyini qeyd edən Bayden İsraili tərk etmək istəyən Amerika vətəndaşları üçün kommersiya uçuşu və quru variantlarına diqqət çəkib. Bayden həmçinin bu insanlara yerli məmurların göstərişlərinə qulaq asmaları barədə xəbərdarlıq edib.
Bayden həmçinin ABŞ-dakı yəhudi mərkəzləri ətrafında təhlükəsizliyin artırıldığını və Daxili Təhlükəsizlik Departamentinin, FTB-nin və digər əlaqədar qurumların müvafiq “terror hücumu” ilə əlaqəli ola biləcək təhlükəni yaxından izlədiyini bildirib.
İsraillilərlə həmrəylik mesajı verən Bayden, “Amerika xalqının terrorun hər cür formasına qarşı çıxmaq əzmində sarsılmaz olduğunu dünyaya göstərməyə davam edəcəyik” dedi. qiymətləndirməsini etdi.
ABŞ və İsrailin “ayrılmaz tərəfdaşlar” olduğunu vurğulayan Bayden, dünən İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi görüşdə ABŞ-ın İsrailin özünü və xalqını müdafiə etmək üçün lazım olan hər şeyə sahib olmasını təmin etməyə davam edəcəklərini bir daha təsdiqlədiyini bildirib.
Nuranə Məmmədova




