ABŞ-ın 80 yaşlı prezidenti Co Bayden 70 yaşlı Meksika prezidenti Andres Manuel Lopez Obradorun həyat yoldaşı Cili qısqanırdı. Elchi.az xəbər verir ki, siyasətçilərin görüşünün yayımı “The Independent”in “YouTube” kanalında paylaşılıb.
“Dünən gecə nahar etdik. Sən mənim həyat yoldaşımın yanında oturdun və o qədər cazibədar idin ki, onun səni məndən çox bəyənməsindən narahat oldum”, – deyə Bayden Meksika liderinə zarafatla deyib. Buna cavab olaraq Andrés Manuel López Obrador nəzakətlə gülümsəyib.
Qeyd edək ki, ABŞ və Meksika prezidentləri arasında görüş San-Fransiskoda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutub. Amerika lideri bildirib ki, iki ölkə silah alveri və mütəşəkkil cinayətkarlıqla birgə mübarizə aparır. Meksika prezidenti ABŞ-Meksika münasibətlərini hörmətli və əməkdaşlıq adlandırıb.
Havar Şəfiyeva






