ABŞ prezidenti Co Bayden çərşənbə günü, oktyabrın 18-də İsrailə səfərindən sonra İordaniyaya gedərək Kral II Abdullah, Misir prezidenti Əbdülfəttah əs-Sisi və Fələstin prezidenti Mahmud Abbasla görüşəcək.
Elchi.az xəbər verir ki, Ağ Evin sözçüsü Karine Jean-Pierre verdiyi yazılı açıqlamada Baydenin Həmasın hücumları qarşısında İsrailə dəstəyini göstərmək və növbəti addımlar barədə məsləhətləşmələr aparmaq üçün çərşənbə günü İsrailə gedəcəyini qeyd edib.
Baydenin daha sonra İordaniyanın paytaxtı Əmmana gedəcəyini, burada İordaniya Kralı II Abdullah, Misir Prezidenti Sisi və Fələstin Dövlət Başçısı Abbasla görüşəcəyini ifadə edən Jan-Pierre, “(Bayden) HƏMAS-ın Fələstin xalqının ləyaqətini və öz müqəddəratını təyinetmə hüququnu müdafiə etmədiyi mesajını təkrarlayacaq və humanitar ehtiyacları müzakirə edəcək”- deyib.
Nuranə Məmmədova






