ABŞ prezidenti Co Bayden iqlim dəyişikliyinin “əsl ekzistensial təhlükə” olduğunu deyib.
Elchi.az xəbər verir ki, Bayden paytaxt Vaşinqtonda ətraf mühit qrupunun illik şam yeməyində danışıb.
Yeni nəsillərin bir çox təhlükə ilə üzləşəcəyini bildirən Bayden, bunlardan birinin “həqiqətən mövcud təhlükə” olaraq xarakterizə etdiyi iqlim dəyişikliyi olduğunu qeyd edib.
Bayden dəyişən hava şəraitinə diqqət çəkərək, keçən həftə Kanadada ABŞ-ın şimal-şərq əyalətlərini təsir edən meşə yanğınlarının tüstüsü səbəbiylə havanın saraldığına və milyonlarla amerikalının maska taxmaq məcburiyyətində olduğuna diqqət çəkib.
Bu çərçivədə lazımi tədbirlərin görülməsi lazım olduğunu vurğulayan Bayden, administrasiyanın ətraf mühitin mühafizəsi istiqamətində atdığı addımlardan danışıb.
Nuranə Məmmədova




