ABŞ Prezidenti Co Bayden İtaliyanın Baş naziri Mario Draqi ilə telefon söhbətində Ukrayna ətrafındakı vəziyyətlə bağlı diplomatik addımları müzakirə edib.
Elchi.az-ın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, liderlər Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə dəstək nümayiş etdiriblər. Həmçinin vəziyyətin normallaşması üçün atılacaq diplomatik addımlar müzakirə edilib.






