ABŞ prezidenti Bayden bütün ölkələri Kimyəvi Silahlar Müqaviləsinə qoşulmağa çağırıb.
Elchi.az xəbər verir ki, Co Bayden verdiyi açıqlamada, “Mən qalan ölkələri kimyəvi silahlara dair qlobal qadağanın tam potensialına çatması üçün Kimyəvi Silahlar Konvensiyasına qoşulmağa çağırmağa davam edirəm”,-deyə bildirib.
ABŞ-ın elan etdiyi kimyəvi silahların tamamilə məhv edildiyini elan edən ilk nümunə olduğunu qeyd edən Bayden, “Rusiya və Suriya Kimyəvi Silahlar Konvensiyasına riayət etmək üçün geri qayıtmalı və elan edilməmiş proqramlarını izah etməlidir”,-ifadəsini işlədib.
Bayden, dünyada kimyəvi silahların istehsalına, ehtiyatına və istifadəsinə son qoymaq üçün digər “tərəfdaş ölkələrlə” işləməyə davam edəcəklərini söyləyib.
ABŞ Senatındakı Respublikaçılar Partiyasının lideri “Mitch McConnell” dünən ABŞ ordusunun Kentukki ştatındakı “Blue Grass” anbarında sinir qazı raketlərini məhv etdiyini açıqlayıb.
ABŞ 1997-ci ildə 193 ölkənin iştirakı ilə imzalanan Kimyəvi Silahlar Müqaviləsinə əsasən, sentyabrın 30-na kimi inventarındakı bütün kimyəvi silahları məhv etməyə borclu idi.
Nuranə Məmmədova




