ABŞ prezidenti Co Bayden Avropa Komissiyasının sədri Ursula fon der Leyeni NATO Baş Katibliyinə ən yaxşı namizəd hesab edir.
Elchi.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti alyansdakı anonim mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Bayden qalan 12 ay ərzində hazırkı baş katib Yens Stoltenberqə layiqli əvəzləyici tapmaq mümkün olmayacaq qorxusuna əsaslanaraq, alman siyasətçini NATO-ya rəhbərlik etməyə inandırmağa çalışıb.
“Gələn il problem yaşayacağıq, çünki vəziyyətin bu ildən çox yaxşılaşmayacağı bəlli olur”, -deyə dövri nəşrin başqa bir mənbəsi əlavə edib.
Qəzetin digər həmsöhbəti məlumat verib ki, Bayden və fon der Leyen arasında son illərdə güclü bağ yaranıb və bu, Çin, Ukrayna və iqlim məsələlərində transatlantik əməkdaşlığı gücləndirməyə imkan verib. Məqalədə qeyd olunduğu kimi, Leyen indi kəşfiyyat məsələlərində Vaşinqtona güvənir, bu da Avropa kəşfiyyat orqanlarının məlumatlarının əsas hesab edildiyi əvvəlki yanaşmadan imtina etmək deməkdir.
“The Daily Telegraph”-ın yazdığı kimi, Leyenin fransız dilini mükəmməl bilməsi Fransa prezidenti Emmanuel Makronun ona dəstəyini təmin edə bilər.
Yeganə





