Nəşr qeyd edir ki, Britaniyanın keçmiş baş naziri Baydenin Kiyev üçün gizli silahıdır.
Elchi.az xəbər verir ki, Birləşmiş Ştatların prezidenti Co Bayden Böyük Britaniyanın keçmiş baş naziri Liz Trussdan Respublikaçılar Partiyasının üzvlərini Ukraynaya yardım göndərilməsinin zəruriliyinə inandırmaq üçün istifadə edib. Bu barədə Amerika mediası məlumat yayıb.
“Politico” qəzetinin yazdığına görə, Böyük Britaniyanın keçmiş baş naziri Kiyevi respublikaçıların dəstəyi ilə təmin etmək üçün Vaşinqtona uçub. Nəşrin fikrincə, o, Respublika Partiyasının kursunu “təcridçilikdən fəal beynəlxalq rola” dəyişdirməlidir. Hesabatda qeyd edilir ki, Truss “Co Baydenin Ukrayna üçün gizli silahıdır”.
Şayəstə Hüseynova




