"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bayden müraciətə hazırlaşır: Böhran dünyanı bürüyür…

22 Noyabr 2021 - 18:19
in MANŞET

Bu gün ABŞ Prezidenti Co Baydenin ölkədə inflyasiya ilə mübarizə mövzusunda çıxış edəcəyi gözlənilir. İnanmıram ki, bu çıxışda son 2 ildə pandemiya məsələsində buraxılan səhvlərin, atılan mənasız iqtisadi addımların etirafı baş versin.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

Onun sözlərinə görə, Baydenin OPEK-i ittiham edəcəyi, kartel sövdələşməsindən danışacağı gözlənilir:

“Çünki ABŞ-da benzin qiymətləri son illərin tarixi maksimumuna qalxıb, bu isə bütün qiymətlərə təsir edir, həm də avtomobil ölkəsi olan ABŞ-da vətəndaşların seçkidə qərar verərkən ən çox fikir verdiyi indikator məhz benzin qiymətləridir. Ona görə də Bayden əsas hədəf kimi benzin qiymətlərinin aşağı çəkilməsini götürəcək ki, sürətlə azalan reytinqini düzəltsin, yaxın gələcəkdə baş tutacaq ara seçkilərdə Demokratlar Partiyasının uduzma ehtimalının qarşısını alsın”.

Ekspert son iki ildə baş verənlərə də diqqət çəkib. O bildirib ki, 2019-cu ildə, pandemiyadan öncə ABŞ və Avropa Birliyində mərkəzi bankların, hökumətlərin əsas hədəfi inflyasiyanı artırmaq idi:

“Bəli, məhz artırmaq, çünki defilyasiya gedirdi, hədəf kimi, heç olmasa, 2% inflyasiya göstərilirdi. Böyük iqtisadiyyatlarda 2-3%-lik inflyasiya müsbət sayılır, iqtisadi aktivliyə müsbət təsir göstərən amil hesab edilir. 2020-ci ildə pandemiya elan edildi və ABŞ, AB, Çin, Yaponiya kimi ölkələr ümumilikdə dünya iqtisadiyyatına 17 trilyon dollar vəsait axıtdılar. Təsəvvür edin ki, dünya ÜDM-i 2020-ci ildə 84 trilyon dollar olub, amma birdən-birə iqtisadiyyata 17 trilyon dollar səpilir. Təbii ki, bu, inflyasiyaya təsit etməli idi, etdi də.

Bundan başqa, kriptovalyuta kimi mənasız, spekuylativ aktivlərin qiyməti şişdi, səhm bazarı yüksəldi (keçən il iqtisadi böhran zamanı səhm bazarının yüksəlməsi nonsens idi), neftin, qazın qiyməti artdı, ərzaq bahalaşdı. Bütün bunların səbəbi mənasız, düşüncəsiz, populist iqtisadi, maliyyə siyasəti idi. Dünyada inflyasiya yüksəldi, toksik aktivlər bahalaşdı, ərzaq indeksi yüksəldi, neft-qaz qiymətləri kəskin artdı – nəticədə inflyasiya bütün dünyada insanların real gəlirlərini “yeməyə” başladı.

17 trilyon vəsait haradasa strelizə olunmalı idi? Səhm bazarı, aktivlər yüksəldi, bunun nəticəsi növbəti böhran olacaq.

İndi dünya çıxılmaz vəziyyətdə qalıb – bazardan likvidlik yığılmalı, uçot dərəcələri artırılmalıdır ki, inflyasiyanı cilovlasınlar, amma bunları etsələr, iqtisadi aktivlik daha da zəifləyəcək, iş yerləri azalacaq, nəticədə bir neçə il sonra daha böyük inflyasiya dalğası yaranacaq. Amma bunları etməsələr, indiki böhran dərinləşəcək. Bir sözlə, dünya yeni, daha böyük iqtisadi böhrana “hamilədir”, təəssüf ki, bu dəfə çıxış yolu kimi lokal müharibələr ola bilər. Çünki hər dəfə dünyada bənzər vəziyyət yarananda böyük müharibələr olub”.

Ekspert iddia edib ki, yenə neft qiymətləri zərər görəcək:

“Baydenin çıxışından sonra neft qiymətləri enməyə başlayacaq. Kəskin düşəcəyi gözlənilmir, amma yeni, daha aşağı qiymət koridoruna yerləşəcək, lakin ABŞ OPEK-ə qarşı sanksiyalar tədbiq etsə, bu qurumu kartel sövdələşməsində günahlandırsa, qiymətlərin enməsi daha dərin olacaq. İlkin addım kimi Bayden ABŞ-ın öz strateji neft ehtiyatlarının bir hissəsinin satacağı ilə bağlı qərar açıqlayacaq – bu da qiymətləri aşağı çəkəcək. Neftin, qazın qiymətinin yüksək olması bütün sahələrə – aqrar sektor üçün gübrələrdən tutmuş metallurgiyaya qədər, hər sahədə maya dəyərini artırır, nəticədə qiymətlər daha da yüksəlir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qanunsuz ov edən əcnəbilər cəzalandırıldı

Next Post

Hava proqnozu: Yağış, qar yağacaq, güclü külək əsəcək

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Hava proqnozu: Yağış, qar yağacaq, güclü külək əsəcək

Hava proqnozu: Yağış, qar yağacaq, güclü külək əsəcək

Bakı ilə əlaqələrin 30 illiyi – ABŞ səfiri

Bakı ilə əlaqələrin 30 illiyi - ABŞ səfiri

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.