ABŞ prezidenti Co Bayden NATO-nun baş katibi Yens Stoltenberqin münaqişə bitdikdən sonra Ukraynanın alyansa qəbulunu asanlaşdırmaq planını dəstəkləyib.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yazır.
Qəzetin yazdığına görə, iyunun 13-də Ağ Evdə Stoltenberq bildirib ki, Ukrayna NATO-ya üzvlük yolunda kifayət qədər irəliləyiş əldə edib və alyansa daxil olmaq üçün addım-addım fəaliyyət planını tamamlamağa ehtiyac yoxdur.
ABŞ nümayəndələrinin fikrincə, bu təklif Ukraynanın üzvlüyünün Qərblə Rusiya arasında qarşıdurmanı gücləndirə biləcəyindən ehtiyat edən NATO ölkələrinin üstünlük verdiyi kurs çərçivəsindən kənardır.
Qəzetdə qeyd edilib ki, Bayden administrasiyası NATO daxilində birliyi qoruyacaq həll yolu axtarır. Bu, Ukraynaya rəsmi namizədlikdən imtina etməyə və Finlandiya məsələsində olduğu kimi ölkənin Şimali Atlantika Alyansına üzvlüyünü sürətləndirməyə imkan verəcək.
Yeganə






