Paytaxt Londonda ABŞ prezidenti Co Bayden ilə Böyük Britaniyanın baş naziri Rişi Sunak arasında keçirilən görüşdə Litvada keçiriləcək NATO Sammiti, Rusiya-Ukrayna müharibəsi, Hind-Sakit okean və İran, eləcə də iki ölkə arasındakı əlaqələr müzakirə edilib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Bayden 11-12 iyul tarixlərində Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitindən əvvəl İngiltərənin paytaxtı Londona səfər edib.
Bayden İngiltərəyə səfəri çərçivəsində Baş nazirin 10 nömrəli ofisinin bağçasında Sunak ilə görüşüb.
Nuranə Məmmədova






